top
Maksim Medvedev gələcək planları və məşqçi karyerası barədə danışıb Idman.biz
10 aprel 2026, 15:33
- ↺ +

Maksim Medvedev gələcək planları və məşqçi karyerası barədə danışıb

"UEFA-nın A kateqoriyalı məşqçi lisenziyası Premyer Liqada işləməyə imkan verir. Lakin əsas məqsədim özümü daha da inkişaf etdirmək və müasir futbolun tələblərinə uyğunlaşmaqdır".

Bu sözləri UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran "Qarabağ" futbol klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev deyib.

O bildirib ki, gələcəkdə daha yüksəksəviyyəli komandalarda çalışmaq niyyətindədir.

"Məşqçi kimi daha yaxşı olmaq üçün daim üzərimdə işləyirəm. Xarici klublarla da mütəmadi əlaqə saxlayıram, onların iş prinsiplərini öyrənirəm. PRO kateqoriyası almaq üçün isə böyük klublardan birində təcrübə keçməyi planlaşdırıram", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Veteran futbolçu Azərbaycanda baş məşqçi fəaliyyətinin çətinliklərinə də toxunub:

"Premyer Liqada işləmək asan deyil. Komandalarda stabillik hər zaman qorunmur və məşqçilər qısa müddətdə dəyişdirilir. Mən isə hansısa komandada qısa müddət işləyib ayrılmağın tərəfdarı deyiləm. Məqsədim komandanı mərhələli şəkildə qurmaq və yüksək nəticələr uğrunda mübarizə aparmaqdır. Bunun üçün isə ən azı 3-4 il vaxt lazımdır. Məşqçilərlə daim əlaqə saxlayır, fikir mübadiləsi aparır və onların təcrübəsindən yararlanırıq. Anlayırıq ki, hər hansı komandanı yüksək səviyyəyə çatdırmaq üçün ciddi və sistemli iş görülməlidir".

Azərbaycan millisinin keçmiş müdafiəçisi yerli mütəxəssislərin fəaliyyətini də nümunə göstərib:

"Rəşad Sadıqov və Ayxan Abbasov kimi məşqçilərin işində bunu görmək mümkündür. Müəyyən vaxt keçdikdən sonra komandanın oyun üslubu formalaşır və nəticələr özünü göstərir".

M.Medvedev "Qarabağ"ın əvəzedici komandasında çıxış edən gənc futbolçuların potensialına da toxunub:

"Komandamızda perspektivli oyunçular var. Lakin onların daha peşəkar yanaşma nümayiş etdirməsi əsas şərtlərdəndir. Məqsədimiz bu futbolçuları inkişaf etdirmək və gələcəkdə həm ölkə daxilində, həm də Avropa klublarında çıxış etmələrinə şərait yaratmaqdır. Gənc oyunçuların inkişafı üçün davamlı və düzgün istiqamətləndirmə çox vacibdir. Milli komandaların potensial üzvlərinin əksəriyyəti bizim heyətdədir. Onlarla mütəmadi işləməli, düzgün yol göstərməliyik ki, karyeralarını uğurla davam etdirə bilsinlər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Oxşar xəbərlər