"Rakuv"un heyətində çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli Polşa Ekstraklasanın 16-cı turunda "Piast"a qarşı keçirilən oyundan (1:2) sonra komandasında ən yüksək reytinqlərdən birini qazanıb.
Sportal.az xəbər verir ki, yerli "Mecze24" nəşri azərbaycanlı futbolçuya 7,80 xal verib.
"Rakuv"un heyətində ondan daha yüksək qiyməti (7,90) yalnız Məhəmməd Diabi-Fadiqa alıb.
Xatırladaq ki, Emreli meydanda 77 dəqiqə keçirib və komandasının yeganə qoluna imza atıb.