top
Səbail klubu SOCAR vəzifəli şəxsin maliyyə məhdudiyyətləri və prezidentin şübhəli davranışı Sportinfo.az
Bu gün, 17:00
- ↺ +

Səbail klubu SOCAR vəzifəli şəxsin maliyyə məhdudiyyətləri və prezidentin şübhəli davranışı

Son həftələrdə müxtəlif qavlmaqallarla gündəmə gələn "Səbail"də araşdırma başlanıb.

Saytımız bu barədə mühüm məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, "dənizçilər"i himayəsinə götürmüş SOCAR-ın vəzifəli şəxsi Mirzə Bayrampurun fəaliyyətini incələmək barədə xüsusi göstəriş verib.

O, bu işi gizli aparmır. Neft şirkətinin rəsmisi klubun prezidentinə telefon açaraq, mövcud vəziyyətdən narahatlığını bildirib, ayrılan vəsaitin hara xərclənməsini dəqiqləşdirəcəyini diqqətə çatdırıb.

Yeri gəlmişkən, "Səbail" öz tərəfdaşı tərəfindən məhkəməyə verilə bilər. Söhbət "Macara Travel"dən gedir.

Problem ondadır ki, klubun prezidenti Mirzə Bayrampur onlar qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.

Belə ki, sözügedən turizm şirkət "Səbail"in avqust ayında Türkiyənin Bolu bölgəsində 15 günlük təlim-məşq toplanışı keçməsinə şərait yaradıb.

Səfərə çıxan komandanı təyyarə biletləri ilə təmin edib. Di gəl ki, Bayrampur aradan keçən 3 ay ərzində qarşı tərəfin pulunu verməyib.

Ona bununla bağlı bir neçə dəfə müraciət olunsa da, prezident "bu gün-sabah" deyərək, məsələni uzadıb.

Ümumiyyətlə, I Liqada çətin günlər yaşayan "Səbail" bir-birinin ardınca sarsıdıcı zərbələr almaqdadır. Bu dəfə AFFA sabiq "dənizçilər"ə sərt üzünü göstərib.

Federasiya onlara maliyyə yardımını dayandırıb. Aşağı liqanın digər iştirakçılarından fərqli olaraq, "Səbail"in oktyabr üzrə dotasiyasını kəsib.

Bu addımın da haqlı səbəbi var - klubun başında əyləşənlər qabaqlarına çıxanları aldadır.

Səbəbkar? Əlbəttə ki, Mirzə Bayrampur.

Prezident postunu tutan bu zat öz öhdəliklərini yerinə yetirmir. O, bağladığı müqavilə şərtlərini həyata keçirmir. Nəticədə "Səbail" böyük miqdarda borclanıb.

Şikayətçilərin bir qismi AFFA-nın qapısını döyüb, problem barədə məlumatlandırıb. Təcili araşdırma aparan qurum bu narazılığın haqlı ollmasını aşkarlayıb və "Səbail"ə ayırdığı aylıq 30 min manatın ödənişini dayandırıb.

AFFA həmçinin müəyyənləşdirib ki, klub rəhbərliyi ötən aylar üzrə aldığı pulu istiqamətləri üzrə xərcləməyib. Həmin vəsaiti nağlaşdıraraq, başqa sahələrə yönəldiblər. Aidiyyatlı şəxslərdən bunun hesabatı istənilib.

Mirzə Bayrampurun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bu, futboldakı fəaliyyəti ilə bağlı deyil. Problem Bayrampura aidiyyatlı şirkətlərdən birindən qaynaqlanır.

Kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşan şirkətin iri miqdarda borcu yarandığından, ona "stop" tətbiq edilib.

Həmin borc kifayət qədər böyükdür və uzun müddətdir ödənilmədiyindən, müvafiq dövlət qurumunun şikayəti əsasında belə qərar çıxarılıb.

Redaksiyamıza o da məlum olub ki, M.Bayrampurun öz adına dövlət qeydiyyatına aldırdığı "Lincoln" markalı, 90 AZ 086 seriyalı avtomobilin üzərinə həbs qoyulub.

Klub prezidenti ona məxsus digər maşını isə etibarnamə ilə Bahar adlı xanımın istifadəsinə verib.

Bu, Mirzə Bayrampurun adının keçdiyi ilk qalmaqallı hadisə deyil. Xoşagəlməz olaylar hazırda "Səbail"in özündə də davam edir.

Otel, qida, geyim və s sahələr üzrə öhdəliklər yerinə yetirilməyib. Üstəlik, Bakıda icarəyə götürülən klub ofisinin qapısına qıfıl vurulub.

SPORTİNFO.AZ

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:55

"Polşada Emrelinin performansı yüksək qiymətləndirildi – ikincisi ən yaxşı oldu"

Futbol
Bu gün, 16:50

BATE 2026-cı mövsümdə yüksək liqadan düşdü

Futbol
Bu gün, 16:49

BATE tarixində ilk dəfə Belarusun yüksək liqasından düşmə təhlükəsi

Futbol
Bu gün, 16:20

"Turan" Tovuz "Şamaxı"-ı məğlub etdi, "Sabah" isə "Sumqayıt"ı 5:1 hesabı ilə yararaq çempionluq iddiasını bir daha təsdiqlədi

Futbol
Bu gün, 16:10

SSRİ millisinin sabiq müdafiəçisi Vasili Danilov 86 yaşında vəfat edib

Qarabağ FK
Bu gün, 16:10

Elvin Cəfərquliyev "Sumqayıt"la matçı buraxacaq

Futbol
Bu gün, 16:00

Kəpəzin Tovuzda gəlişi qarşılaşma təhlükəsizliyini artırdı

Futbol
Bu gün, 15:52

Fənərbaxçanın 22 yaşlı müdafiəçisi ilə Arsenal arasında danışıqlar başladı

Futbol
Bu gün, 15:51

PSJ rəhbərliyi Ferran Torresin son həftələrdəki performansından narazıdır

Futbol
Bu gün, 15:50

AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir

Futbol
Bu gün, 15:40

Hakim qərarları rüsvayçılıq kimi qiymətləndirildi

Futbol
Bu gün, 15:30

"Willem II" Niderland çempionatında antirekorda imza atdı

Basketbol
Bu gün, 15:29

"Hassani Qravett "Sabah" klubunda müqaviləsini 2026/27 mövsümünə qədər uzatdı"

Futbol
Bu gün, 15:21

«Turan Tovuz» - «Kəpəz»: Premyer Liqanın 13‑cü turundakı matçın heyətləri açıqlanıb

Futbol
Bu gün, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Futbol
Bu gün, 15:03

La Liqa 14-cü tur: "Barselona" Bakıdan La-Korunyaya səfərə çıxır, "Real Madrid" liderə təzyiq göstərir

Digər
Bu gün, 15:01

«Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib»

Futbol
Bu gün, 15:00

Qərb derbisində "Turan Tovuz" evdə "Kəpəz"ə heç dəfə məğlub olmub

Futbol
Bu gün, 14:42

Messi iştirak edəcək, Ronaldo hələ qərar verməyib

Futbol
Bu gün, 14:40

PSJ müdafiəçisi Nunu Mendeş sol bud yaralanması ilə xəyanət

Futbol
Bu gün, 14:39

İngiltərə Premyer Liqası klubları «Mançester Siti»nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Futbol
Bu gün, 14:30

Borussia 19 yaşlı müdafiəçiyə 80 milyon avro qiymət qoydu

Digər
Bu gün, 14:24

Azərbaycan və Beynəlxalq Xizək və Snobord Federasiyası qış turizminin inkişafını müzakirə edib

Oxşar xəbərlər