Belarusun 15 qat çempionu BATE 2026-cı il mövsümünün yekunlarına əsasən yüksək liqadan düşüb.
Sportify.az xəbər verir ki, Borisov təmsilçisi 1998-ci ildən bəri ilk dəfə ölkənin elit divizionunda çıxışını dayandıracaq.
Komanda mövsümü 15-ci pillədə başa vurub.
Vitaliy Rojkojkinin rəhbərlik etdiyi BATE sonuncu – 30-cu turda evdə çempionluq uğrunda mübarizə aparan "İsloç"la 1:1 hesablı heç-heçə edib. Bu nəticə komandanın liqada qalmasına kifayət etməyib.
Belarus çempionu ardıcıl ikinci dəfə “Vitebsk" olub. Xuan Diasın rəhbərlik etdiyi komanda 30 turda 68 xal toplayaraq ikinci yeri tutan Minsk "Dinamo"sunu 1 xal qabaqlayıb.
Qeyd edək ki, BATE 15 dəfə Belarus çempionu olub, 6 dəfə ölkə kubokunu qazanıb. Borisov klubu dəfələrlə UEFA Çempionlar Liqasında da çıxış edib.