İngiltərə klubu "Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti" ilə keçiriləcək oyun öncəsi həmkarı, rəqib komandanın çalışdırıcısı Enzo Mareska haqqında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, ispaniyalı mütəxəssis Mareskanın futbol biliyini və məşqçilik karyerasında qazandığı uğurları yüksək qiymətləndirib.
"Enzo ilə şəxsən tanışam, lakin onu tam xarakterizə edəcək qədər yaxından tanımıram. Düşünürəm ki, onunla işləyən hər kəs Enzonun futbola böyük sevgisi olan və bütün həyatını bu idmana həsr etmiş fenomenal insan olduğunu düşünür. O, çox yaxşı strateqdir.
Enzo futbolçu kimi də əla idi. Bu qədər gənc yaşda məşqçilik karyerasında əldə etdikləri həqiqətən heyrətamizdir. Onun haqqında yalnız gördüklərimi və bildiklərimi deyə bilərəm. Bütün bunlar böyük hörmətə layiqdir", – deyə Arteta "Arsenal"ın rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, "Arsenal" – "Mançester Siti" qarşılaşması noyabrın 29-da Londonun "Emirates" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.