top
Liqa 1: Rennin darmadağını, Lillin itkisi, Brestin davamı və Lansın qələbəsi Idman.biz
08 mart 2026, 22:47
- +

Liqa 1: "Renn"in darmadağını, "Lill"in itkisi, "Brest"in davamı və "Lans"ın qələbəsi

Fransa Liqa 1-də növbəti turun oyunları maraqlı nəticələr və dramatik anlarla yadda qalıb. Günün əsas hadisəsi "Renn"in səfərdə "Nitsa" üzərində qazandığı böyükhesablı qələbə və turnir cədvəlində ilk beşliyə daxil olmasıdır.

İdman.Biz xəbər verir ki, "Renn"in baş məşqçisi Frank Heys cəmi iki ay əvvəl ayrıldığı keçmiş klubu "Nitsa"ya rəhm etməyib. Qonaqlar rəqib qapısından dörd cavabsız top keçirərək ardıcıl 4-cü qələbələrini bayram ediblər.

Matçda hesabı 13-cü dəqiqədə Esteban Lepaul açıb. Çox keçmədən Sebastyan Şimanski (20-ci dəqiqə) fərqi ikiyə çatdıraraq mövsümdəki ilk qolunu vurub. Oyunun son hissəsində Lüdovik Blas (74) və gənc Nordan Mukiele (90+5) darmadağını rəsmiləşdiriblər. Bu nəticədən sonra "Renn" beşinci pilləyə yüksəlib və Çempionlar Liqası zonası ilə xal fərqini üçə endirib. "Nitsa" isə son 15 oyunda cəmi bir qələbə qazanaraq təhlükəli zonaya bir qədər də yaxınlaşıb.

"Lill" - "Loryan" - 1:1

Günün ən dramatik matçlarından biri Lilldə baş tutub. Olivye Jirunun son anda zədələnməsi səbəbindən meydana çıxa bilmədiyi görüşdə "Lill" qələbəni əldən verib. Matias Fernandes-Pardonun 65-ci dəqiqədə vurduğu qolla önə keçən "doqlar" üçüncü ardıcıl qələbəyə yaxın olsalar da, Artur Avom buna imkan verməyib. O, əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə vurduğu gözəl qolla "Loryan"ə bir xal qazandırıb. Bu xal itkisi Avropa Liqasında "Aston Villa" ilə oyuna hazırlaşan "Lill" üçün gözlənilməz zərbə olub.

Hazırda "Lill" 41 xalla altıncı, "Loryan" isə 34 xalla 10-cu pillədə qərarlaşıb.

"Brest" - "Havr"- 2:0

Son vaxtların ən yaxşı formada olan komandalarından sayılan "Brest" uğurlu seriyasını davam etdirir. "Piratlar" öz meydanlarında "Havr"ı iki cavabsız qolla məğlub edərək rəqibini ardıcıl üçüncü məğlubiyyətə uğradıblar.

Romayn Del Kastilyo ilk hissənin sonunda rəqib qapıçısının səhvindən yararlanaraq hesabı açıb. 72-ci dəqiqədə isə Lüdovik Ajork son altı matçda beşinci qolunu vuraraq komandasının 2:0 hesablı qələbəsini təmin edib. Ardıcıl üçüncü qələbəsini qazanaraq son altı oyunda məğlub olmayan "Brest" turnir cədvəlindəki doqquzuncu mövqeyini möhkəmləndirib. "Havr" isə 26 xalla 14-cüdür.

21:26

Fransa Liqa 1-in lideri PSJ-nin cümə günü "Monako"ya məğlubiyyətindən sonra turnir cədvəlində vəziyyət gərginləşib. Fürsəti əldən verməyən "Lans" doğma meydanda "Metz"i qəbul edərək liderə yaxınlaşmaq şansını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, "Lans" futbolçuları öz azarkeşləri önündə rəqibi 3:0 hesabı ilə darmadağın edərək tapşırığın öhdəsindən uğurla gəliblər. Bu qələbə sayəsində meydan sahibləri xallarını 56-ya çatdıraraq lider PSJ ilə xal fərqini birə endiriblər.

Komandanın qollarını 44-cü dəqiqədə Suud Əbdülhəmid, 46-cı dəqiqədə Florian Thauvin və 52-ci dəqiqədə Amadou Haidara vurublar.

Qonaq komanda üçün isə böhran davam edir. "Metz" Liqa 1-də ardıcıl 13-cü oyundur ki, qələbə üzünə həsrət qalıb. Bu uğursuz seriya komandanın turnir cədvəlindəki vəziyyətini daha da ağırlaşdırıb. Komanda 13 xalla sonuncudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Bu gün, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Bu gün, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
Dünən, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
Dünən, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
Dünən, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
Dünən, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
Dünən, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
Dünən, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
Dünən, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
Dünən, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
Dünən, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
Dünən, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Futbol
Dünən, 09:30

Argentina millisinin iki oyunçusu yaralanıb

Futbol
Dünən, 00:05

Sabah – İmişli matçının 3:1 qalibiyyəti (video icmalı)

Futbol
19 sentyabr 2026, 23:50

Salahın hət-triki ilə Trabzonspor, Galatasarayı 4-0 məğlub etdi

Futbol
19 sentyabr 2026, 22:03

Gəncədə Kəpəz ilə Sumqayıt matçına 7000 bilet satılıb

Futbol
19 sentyabr 2026, 21:57

Turan Tovuz Zira qarşısında 1-0 qalib gəldi - Video icmal

Basketbol
19 sentyabr 2026, 21:53

“Gəncə” basketbol komandası “Neftçi” qarşısında 87:103 hesabı ilə məğlub oldu

Futbol
19 sentyabr 2026, 21:04

Kurban Berdiyev, "Zirə" qarşısında qazanılan qalibiyyəti şərh etdi

Futbol
19 sentyabr 2026, 20:46

Rəşad Sadıqov: “Komandam məğlub deyil, Turan Tovuzda 0:1 uduzdum”

Qarabağ FK
19 sentyabr 2026, 17:55

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün yeni yarışları keçirildi, nəticələr və növbəti start oktyabr 3 – FOTO

Futbol
19 sentyabr 2026, 17:06

“Neftçi”nin fransalı müdafiəçisi Endryu Qravilyon: “Bu qələbə klub və tariximiz üçün çox önəmlidir”

Futbol
19 sentyabr 2026, 16:46

Rumıniya mediası Neftçi-nin Maylat transferini “aldadığını” iddia edir

Oxşar xəbərlər