"World Winners Cup Alanya 2026" turnirində mübarizə aparan Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK-nın heyətində legionerlərin yer almaması komandanın nəticəsinə təsir göstərib.
Bunu "Report"a açıqlamasında komandanın kapitanı Sabir Allahquliyev deyib.
O, rəqiblərdən oyun baxımından geri qalmadıqlarını bildirib:
"Heç bir komandadan geri qalmadıq, hamısı ilə başabaş oynadıq. Rəqiblərin heyətində Bolqarıstan, Çin və Ukrayna millilərinin üzvləri çıxış edirdilər. Bizim onlardan geri qalmağımızın əsas səbəbi heyətimizdə legionerlərin olmaması idi. Rəqiblərində 3-5 əcnəbi futbolçu oynayırdı. Məsələn, Çin təmsilçisi yerli futbolçularla yanaşı, heyətinə 5 braziliyalı futbolçu qatmışdı. Biz isə turnirə yalnız yerli və gənc idmançılarla, eləcə də millimizin üzvləri ilə yollanmışdıq".