top
La Liqa: Valensiyanın dramatik qələbəsi, Sevilya heç-heçəsi və digər nəticələr Idman.biz
09 mart 2026, 02:18
- ↺ +

La Liqa: "Valensiya"nın dramatik qələbəsi, "Sevilya" heç-heçəsi və digər nəticələr

İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən "Valensiya" - "Alaves" qarşılaşması inanılmaz ssenari ilə yadda qalıb. "Mestalya" stadionunda baş tutan oyun meydan sahiblərinin 3:2 hesablı dramatik qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar artıq üçüncü dəqiqədə Lukas Boyenin qolu ilə hesabı açıblar. İkinci hissənin əvvəlində (47-ci dəqiqə) Xavi Qerra tarazlığı bərpa etsə də, 72-ci dəqiqədə Lukas Boye dubl edərək "Alaves"i yenidən önə keçirib.

Lakin "Valensiya" təslim olmayıb. Matçın əsas vaxtının son dəqiqəsində (90-cı dəqiqə) Eray Cömert hesabı bərabərləşdirib. Qarşılaşmanın son saniyələrində, 90+9-cu dəqiqədə isə Uqo Duro penalti zərbəsini dəqiq yerinə yetirərək "Valensiya"ya möhtəşəm qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Valensiya" turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. 27 xalı olan "Alaves" isə 16-cı sıradadır.

00:41

İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Sevilya" öz meydanında "Rayo Valyekano"nu qəbul edib. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan gərgin mübarizə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı meydan sahibləri açıblar. "Sevilya"nın hücumçusu Akor Adams rəqib qapısına yol taparaq komandasını önə keçirib. Lakin qonaqlar məğlubiyyətlə barışmayıblar. "Rayo Valyekano"nun müdafiəçisi Paça (Alfonso Espino) vurduğu cavab qolu ilə tarazlığı bərpa edib.

Bu nəticədən sonra hər iki komanda xallarının sayını 31-ə çatdırıb. Hazırda turnir cədvəlində "Rayo Valyekano" 12-ci, "Sevilya" isə 13-cü pillədə qərarlaşıb. Əndəlus təmsilçisi doğma azarkeşləri önündə vacib üç xalı qazana bilməsə də, rəqibi ilə arasındakı xal fərqinin artmasına imkan verməyib.

21:33

İspaniya La Liqasının 27-ci turu çərçivəsində "Xetafe" öz meydanında turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Betis"i qəbul edib. qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 2:0.

İdman.Biz xəbər verir ki, matçda hesabı 28-ci dəqiqədə "Xetafe"nin müdafiəçisi Kiko Femenia açıb. İlk hissəyə əlavə olunmuş vaxtda isə hücumçu Martin Satriano fərqi ikiyə çatdıraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu məğlubiyyətə rəğmən, "Betis" 43 xalla turnir cədvəlinin 5-ci pilləsindəki mövqeyini qoruyub saxlayıb. "Xetafe" isə bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıraraq doqquzuncu sıraya yüksəlib.

Qeyd edək ki, növbəti turda "Betis" martın 15-də doğma divarlar arasında "Selta"nı sınağa çəkəcək. "Xetafe" isə bir gün əvvəl səfərdə Madrid "Atletiko"sunun qonağı olacaq.

20:01

İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən matçda "Vilyarreal" doğma azarkeşləri önündə "Elçe"ni qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Vilyarreal"ın heyətində Teyon Bukenen və Santyaqo Mourinyo vurduqları qollarla komandalarına vacib qələbəni qazandırıblar. Qonaqların yeganə qoluna isə Andre Silva imza atıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə çatdıran "Vilyarreal" turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini bir qədər də möhkəmləndirib. "Elçe" üçün isə işlər yaxşı getmir. İspaniya çempionatında qələbə həsrətini 10 matça (altı məğlubiyyət, dörd heç-heçə) çatdıran komanda 26 xalla 17-ci sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər