top
La Liqa: Sevilya - Rayo Valyekano heç-heçəsi və digər oyunların nəticələri Idman.biz
09 mart 2026, 00:41
- +

La Liqa: "Sevilya" - "Rayo Valyekano" heç-heçəsi və digər oyunların nəticələri

İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Sevilya" öz meydanında "Rayo Valyekano"nu qəbul edib. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan gərgin mübarizə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı meydan sahibləri açıblar. "Sevilya"nın hücumçusu Akor Adams rəqib qapısına yol taparaq komandasını önə keçirib. Lakin qonaqlar məğlubiyyətlə barışmayıblar. "Rayo Valyekano"nun müdafiəçisi Paça (Alfonso Espino) vurduğu cavab qolu ilə tarazlığı bərpa edib.

Bu nəticədən sonra hər iki komanda xallarının sayını 31-ə çatdırıb. Hazırda turnir cədvəlində "Rayo Valyekano" 12-ci, "Sevilya" isə 13-cü pillədə qərarlaşıb. Əndəlus təmsilçisi doğma azarkeşləri önündə vacib üç xalı qazana bilməsə də, rəqibi ilə arasındakı xal fərqinin artmasına imkan verməyib.

21:33

İspaniya La Liqasının 27-ci turu çərçivəsində "Xetafe" öz meydanında turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Betis"i qəbul edib. qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 2:0.

İdman.Biz xəbər verir ki, matçda hesabı 28-ci dəqiqədə "Xetafe"nin müdafiəçisi Kiko Femenia açıb. İlk hissəyə əlavə olunmuş vaxtda isə hücumçu Martin Satriano fərqi ikiyə çatdıraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu məğlubiyyətə rəğmən, "Betis" 43 xalla turnir cədvəlinin 5-ci pilləsindəki mövqeyini qoruyub saxlayıb. "Xetafe" isə bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıraraq doqquzuncu sıraya yüksəlib.

Qeyd edək ki, növbəti turda "Betis" martın 15-də doğma divarlar arasında "Selta"nı sınağa çəkəcək. "Xetafe" isə bir gün əvvəl səfərdə Madrid "Atletiko"sunun qonağı olacaq.

20:01

İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən matçda "Vilyarreal" doğma azarkeşləri önündə "Elçe"ni qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Vilyarreal"ın heyətində Teyon Bukenen və Santyaqo Mourinyo vurduqları qollarla komandalarına vacib qələbəni qazandırıblar. Qonaqların yeganə qoluna isə Andre Silva imza atıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə çatdıran "Vilyarreal" turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini bir qədər də möhkəmləndirib. "Elçe" üçün isə işlər yaxşı getmir. İspaniya çempionatında qələbə həsrətini 10 matça (altı məğlubiyyət, dörd heç-heçə) çatdıran komanda 26 xalla 17-ci sırada qərarlaşıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

FİFA sədri Deşamın hakimliklə bağlı tənqidinə cavab verib

Futbol
Bu gün, 04:14

Ezekiel Sebalyos “Napoli”yə keçməyə hazırdır

Futbol
Bu gün, 03:10

"Bordo" futbol klubu iflasa uğramaq ərəfəsindədir

Futbol
Bu gün, 02:05

İngiltərə mundialda qol vurmaq üzrə yeni rekorda imza atıb

Futbol
Bu gün, 01:58

Mauro İkardi ilə "Qalatasaray"ın vidalaşması

Basketbol
Bu gün, 01:51

Azərbaycan U20 basketbol millisi Şimali Makedoniyaya uduzub

Futbol
Bu gün, 01:37

Messi DÇ tarixində ən yaşlı yarımfinal oyunçusu oldu

Futbol
Bu gün, 00:54

DÇ-2026: Argentina İngiltərə ilə qarşılaşır

Futbol
Bu gün, 00:48

DÇ-2026: Argentina İngiltərə matçında bərabərlik

Futbol
Bu gün, 00:36

Harri Keyn İngiltərə yığmasındakı oyunlarla rekordunu qırıb

Futbol
Bu gün, 00:36

Harri Keyn İngiltərə yığmasındakı oyun sayında Ueyn Runini keçib

Futbol
Bu gün, 00:32

Harri Keyn İngiltərə millisində Ueyn Runinin rekordunu qırıb

Futbol
Bu gün, 00:16

DÇ-2026: İngiltərə Argentinaya qarşı hesab açıb

Futbol
Bu gün, 00:16

DÇ-2026: İngiltərə Argentinaya qarşı hesab açıb

Futbol
Bu gün, 00:11

2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə və Argentina arasında rekord göstərici

Futbol
Bu gün, 00:02

DÇ-2026: Argentina İngiltərə ilə finala gedəcək

Futbol
Dünən, 23:59

Lionel Messi dünya çempionatlarının yarımfinalında meydana çıxan ən yaşlı futbolçu olub

Futbol
Dünən, 23:49

DÇ-2026: İngiltərə və Argentina arası matçın ilk yarısı qolsuz başa çatdı

Futbol
Dünən, 23:35

Folklend müharibəsi veteranları: Futbolu müharibə ilə müqayisə etməyin

Futbol
Dünən, 23:00

DÇ-2026: İngiltərə və Argentina finalçı müəyyən edirlər

Futbol
Dünən, 23:00

DÇ-2026: Argentina və İngiltərə arasında yarımfinal oyunu başladı

Futbol
Dünən, 22:55

Zirə UEFA Konfrans Liqasında Torpedo ilə qarşılaşandan əvvəl son hazırlıq məşqini keçirdi

Futbol
Dünən, 22:49

Ronaldo Neymarı Ançelottiyə lazım olacaq

Digər
Dünən, 22:03

„Zirə“nin müdafiəçisi: „İlk oyunda qələbə heç nəyə zəmanət vermir“

Oxşar xəbərlər