top
La Liqa: “Barselona” çempionluğa yaxın, “Atletiko”nun “Valensiya” səfəri və itkilər - İCMAL Idman.biz
02 may 2026, 14:18
- ↺ +

La Liqa: “Barselona” çempionluğa yaxın, “Atletiko”nun “Valensiya” səfəri və itkilər - İCMAL

İspaniya futbol çempionatında 34-cü turun oyunları keçirilir və turnir cədvəlinin yuxarı hissəsində həlledici mərhələyə yaxınlaşılır.

İdman.Biz-in məlumatına görə, "Barselona" 85 xalla liderdir və "Real Madrid"i 11 xal qabaqlayır. "Vilyarreal" 65 xalla üçüncü, "Atletiko Madrid" 60 xalla dördüncü pillədə qərarlaşıb. "Real Betis" isə 50 xalla beşinci yerdədir.

"Osasuna" - "Barselona"

Turun əsas diqqət mərkəzində "Osasuna" - "Barselona" oyunu olacaq. Hans-Diter Flikin komandası bu turda İspaniya çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün katalonlar Pamplonada qələbə qazanmalı və "Real Madrid"in "Espanyol"a qarşı oyunda qalib gəlməməsini gözləməlidirlər. Madrid klubunun məğlubiyyəti "Barselona"nın 4 tur qalmış 14 xallıq üstünlük əldə etməsinə səbəb olacaq, heç-heçə isə 13 xal fərqi yaradacaq və "Real"ın riyazi şanslarını da tamamilə aradan qaldıracaq.

Lakin "Osasuna" ilə səfər oyunu asan görünmür. Pamplona təmsilçisi 42 xalla doqquzuncu yerdədir və liderə ciddi çətinlik yarada bilər. İlk dövrədə "Barselona" bu rəqibi 2:0 hesabı ilə məğlub etmişdi. Katalonların heyətində Lamine Yamal və Andreas Kristensen zədəlidir, Jül Kunde cəzalıdır. Mark Bernal və Rafinhanın vəziyyəti isə ayrıca qiymətləndirilib. Flik təsdiqləyib ki, Rafinhanın heyətdə olması gözlənilir, Bernal da oyun dəqiqələri ala bilər.

"Valensiya" - "Atletiko Madrid"

Turun digər vacib qarşılaşması "Valensiya" - "Atletiko Madrid" matçıdır. Dieqo Simeonenin komandası 60 xalla dördüncü yerdədir və "Real Betis"lə 10 xallıq fərq saxlayır, lakin vəziyyət tam təhlükəsiz deyil.

Bundan əlavə, komanda Çempionlar Liqasının yarımfinalında "Arsenal"la qarşılaşmaya hazırlaşır. İlk oyunda 1:1 heç-heçə qeydə alındığından, London səfəri öncəsi gücün düzgün bölüşdürülməsi vacibdir.

"Atletiko"nun heyətində ciddi itkilər var. Simeone bildirib ki, Xulian Alvares, Aleksandr Sörlot, Culiano Simeone, Pablo Barrios və Xose Mariya Ximenes bu oyunu buraxacaqlar. İlk dövrədə "Atletiko" "Valensiya"nı 2:1 hesabı ilə məğlub etmiş, qələbə qolunu Antuan Qrizmann vurmuşdu. "Valensiya" 39 xalla 12-ci yerdədir və evdə rəqibin mümkün rotasiyasından yararlanmağa çalışacaq.

La Liqanın 34-cü turunun oyun cədvəli

1 may

"Jirona" - "Malorka" 0:1

2 may

"Vilyarreal" - "Levante"

"Valensiya" - "Atletiko Madrid"

"Alaves" - "Atletik"

"Osasuna" - "Barselona"

3 may

"Selta" - "Elçe"

"Xetafe" - "Rayo Valyekano"

"Real Betis" - "Real Oviedo"

"Espanyol" - "Real Madrid"

4 may

"Sevilya" - "Real Sosyedad"

Turnir cədvəli

"Barselona" - 85

"Real Madrid" - 74

"Vilyarreal" - 65

"Atletiko Madrid" - 60

"Real Betis" - 50

"Xetafe" - 44

"Selta" - 44

"Real Sosyedad" - 43

"Osasuna" - 42

"Atletik" - 41

"Rayo Valyekano" - 39

"Valensiya" - 39

"Espanyol" - 39

"Elçe" - 38

"Malorka" – 38

"Jirona" - 38

"Alaves" - 36

"Sevilya" - 34

"Levante" - 33

"Real Oviedo" - 28.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Oxşar xəbərlər