Niderland millisinin yarımmüdafiəçisi Kvinten Timber 2026-cı il dünya çempionatı qrup mərhələsinin İsveçə qarşı ikinci tur matçını buraxacaq.
İdman.Biz bildirir ki, bu barədə Niderland millisinin mətbuat xidməti məlumat yayıb.
Timber məşq zamanı baş verən toqquşma zamanı yüngül beyin silkələnməsi alıb. Sağlamlığını təhlükəyə atmamaq üçün məşqçilər heyəti ona istirahət vermək qərarına gəlib.
Timber Niderlandın 2026-cı il dünya çempionatında Yaponiyaya qarşı ilk oyununda (2:2) 70-ci dəqiqədə Teyani Reyndersin yerinə meydana çıxıb, amma qol vura bilməyib.