"Komo" "Yanq Boyz"un sol cinah müdafiəçisi Jauen Hacamın transferi üçün danışıqlara başlayıb.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
İnsayderin məlumatına görə, İtaliya klubu 22 yaşlı əlcəzairlini ödəniş şərtləri ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqları dayandıran "Kruzeyro"nun oyunçusu Kaykiyə alternativ kimi nəzərdən keçirir. Tərəflər artıq danışıqlara başlayıblar, lakin potensial müqavilənin təfərrüatları açıqlanmır.
Jauen Hacam 2024-cü ildən "Yanq Boyz"da çıxış edir. Ötən mövsüm müdafiəçi bütün yarışlarda 30 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun İsveçrə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.