Misli Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək "Kəpəz" – "Sumqayıt" qarşılaşmasına azarkeş marağı böyükdür. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda tutuşacaq komandaların oyununa "iticket.az" platforması və stadionun kassaları vasitəsilə indiyədək 4000 bilet satılıb.
Sentyabrın 20-də saat 19:00-da start götürəcək bu matç "sarı-göylər" üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Gəncə təmsilçisi "Sumqayıt"la görüşdən sonra doğma azarkeşləri ilə uzun müddətə vidalaşacaq.
Qeyd edək ki, komandanın növbəti ev oyunu yalnız oktyabrın ortalarında "Zirə"yə qarşı baş tutacaq.