"Kəpəz" futbol klubu növbəti mövsüm ev oyunlarını Gəncədə keçirməyə hazırlaşır. Artıq klub rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi arasında razılıq əldə olunub.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, son qərar Peşəkar Futbol Liqasındadır. Qurum rəsmiləri avqustun ilk həftəsində Gəncəyə yola düşəcək.
Stadiona keçiriləcək yoxlanışdan sonra arenaya Premyer Liqa üçün müsbət rəy veriləcəyi gözlənilir. Çünki Gəncə stadionunda oyunların keçirilməsi üçün hər hansı bir çatışmazlığın olmadığı bildirilir.
"Kəpəz"in uzun müddət sonra doğma meydana qayıdışı avqustda rəsmən açıqlanacaq.
Xatırladaq ki, "sarı-göylər" Premyer Liqanın ilk turunda "Sabah"ı qəbul edəcək.