top
Kaşkilya: Qələbə qazana bilmirik, problemlər var Sport24.az
08 mart 2026, 17:18
- ↺ +

Kaşkilya: "Qələbə qazana bilmirik, problemlər var"

Misli Premyer Liqasının XXIII turunun "Şamaxı" – "İmişli" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Çox mübarizəli oyun getdi. "Şamaxı"nın oyununu bilirdik, buna hazır idik. Sərt oyun keçdi. Son yarımsaat da daha çox hücum etdik. Şanslarımız var idi, dəyərləndirə bilmədik. "Şamaxı" çox qayda pozuntusu edirdi. Baş hakim də buna imkan verirdi. Sərt oyun tempi aşağı salırdı. Tempi artırmaq istəyirdik. Oyundan razıyıq. Hücuma çıxırdıq. Sonlarda imkanımız oldu, vura bilmədik. Reallıq odur ki, yenə heç-heçə etdik. Pis nəticə deyil. Amma bura qələbə üçün gəlmişdik.

 

– Komanda uzun müddətdir, qələbə qazanmır. Beş oyundur, qol vura bilmirsiniz. Bunların fonunda nədən razı qalırsınız?


– Heyətimiz limitlidir. Nəzərə almaq lazımdır. Başqa komandalardan fərqli olaraq, bizim hücum oyunçularımızda bəzi keyfiyyətlər çatışmır. Debüt ilimizdir. 22 xal toplamışıq və yaxşı nəticədir. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Komandamız hər zaman yüz faiz gücüylə mübarizə aparır. Çempionatdakı mövqeyimizə baxsaq, pis deyil. Sona qədər mübarizə aparırıq. Komandanın əziyyətinə dəyər verilir. Faktdır ki, qələbə qazana bilmirik, problemlər var. Başqa da fakt var ki, Premyer Liqada hər komanda bizə qalib gəlməyə çətinlik çəkir. İşimizə davam edəcəyik. Məqsəd Premyer Liqada qalmaqdır.

 


– 11-ci sıra ilə aradakı xal fərqi 6-dır. Qarşıdan ağır oyunlarınız gəlir. Fərqin qapanmasından narahat deyilsiniz?

 

– Narahat edir. İşimizin də məqsədi odur ki, fərqin qapanmasına imkan verməyək. Başa düşürük, çətin oyunlar var. Amma onlara qarşı layiqli mübarizə göstərə bilirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

"Transfer iddiaları yalandır, heç bir təklif almadım"

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Oxşar xəbərlər