top
Karvan-Yevlax: Zəif Oyunun Səbəbləri: Gərginlik, Seçim Siyasəti, Yoxsa Baş Məşqçiyə Etibar? Idman.biz
10 aprel 2026, 11:25
- ↺ +

"Karvan-Yevlax": Zəif Oyunun Səbəbləri: Gərginlik, Seçim Siyasəti, Yoxsa Baş Məşqçiyə Etibar?

"Karvan-Yevlax"da ab-hava pozulub, düşərgədə müəyyən gərginliyin yaşandığı bildirilir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin bəzi təcrübəli futbolçularının son oyunlarda bilərəkdən gözlənilən səviyyədən aşağı çıxış edir.

Müxtəlif mənbələrə əsasən, bu halın arxasında bir sıra amillərin dayana biləcəyi ehtimal olunur. Komanda daxilində baş verən proseslər, psixoloji faktorlar və mümkün kənar təsirlərin nəticələrdə əks olunduğu istisna edilmir.

Məsələ burasındadır ki, klub rəhbərliyi növbəti mövsümdə də baş məşqçi Füzuli Məmmədov ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Hətta komanda Birinci Liqaya düşəcəyi təqdirdə belə, rəhbərlik eyni mütəxəssislə davam edərək heyəti yeniləməyi və "Karvan-Yevlax"ı yenidən elitaya qaytarmağı planlaşdırır.

Bununla yanaşı, klubun mövqeyi açıq şəkildə onu göstərir ki, cari mövsümdəki uğursuz nəticələr rəhbərliyin strateji hədəflərinə və iddialarına zərrə qədər təsir etməyib. Əksinə, klub prezidenti uzunmüddətli inkişaf kursuna sadiq qaldığını nümayiş etdirir.

Qısa müddət ərzində görülən işlər bunu açıq şəkildə təsdiqləyir: cəmi bir il ərzində, süni də olsa, ot örtüyünün bərpa edilərək komandanın öz meydanına qaytarılması, stadion kompleksində yeni tribunanın və təbii ot örtüyünün inşasına start verilməsi, uşaq akademiyasının əsaslı şəkildə yenidən qurulması, köhnə bazanın faktiki olaraq sıfırdan təmir olunması və əlavə iki yeni meydançanın salınması bu strategiyanın real təzahürüdür.

Bu fonda komandanın hazırkı nəticələri xüsusilə seleksiya aspektindən daha qabarıq şəkildə müzakirə olunur. Heyətin formalaşdırılması zamanı verilən qərarların effektivliyi sual altına düşür və ortaya çıxan mənzərə göstərir ki, mövcud nəticələr təkcə meydandakı performansla deyil, eyni zamanda seleksiya prosesindəki yanaşmalarla da birbaşa bağlıdır. Bu isə təbii olaraq, bu məsələyə cavabdeh olan şəxslərin qərarlarının yenidən qiymətləndirilməsini gündəmə gətirir.

Məlumata görə, Məmmədov mövsümün sonunda heyətdə ciddi dəyişikliklər etməyi nəzərdə tutur. Bu perspektiv isə bəzi futbolçular arasında narahatlıq yaradıb.
Beləliklə, meydandakı nəticələrin yalnız idman amilləri ilə deyil, həm də komanda daxilindəki münasibətlər, qərar gözləntiləri və xüsusilə seleksiya siyasəti ilə əlaqəli ola biləcəyi ehtimalı gündəmdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Oxşar xəbərlər