top
Karvan-Yevlax: Zəif oyunun arxasında duran gərginlik, gözləntilər və seleksiya siyasəti Sport24.az
10 aprel 2026, 10:00
- ↺ +

"Karvan-Yevlax": Zəif oyunun arxasında duran gərginlik, gözləntilər və seleksiya siyasəti

"Karvan-Yevlax"da ab-hava pozulub, düşərgədə müəyyən gərginliyin yaşandığı bildirilir. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin bəzi təcrübəli futbolçularının son oyunlarda bilərəkdən gözlənilən səviyyədən aşağı çıxış edir. 

Müxtəlif mənbələrə əsasən, bu halın arxasında bir sıra amillərin dayana biləcəyi ehtimal olunur. Komanda daxilində baş verən proseslər, psixoloji faktorlar və mümkün kənar təsirlərin nəticələrdə əks olunduğu istisna edilmir.

Məsələ burasındadır ki, klub rəhbərliyi növbəti mövsümdə də baş məşqçi Füzuli Məmmədov ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Hətta komanda I Liqaya düşəcəyi təqdirdə belə, rəhbərlik eyni mütəxəssislə davam edərək heyəti yeniləməyi və "Karvan-Yevlax"ı yenidən elitaya qaytarmağı planlaşdırır.

Bununla yanaşı, klubun mövqeyi açıq şəkildə onu göstərir ki, cari mövsümdəki uğursuz nəticələr rəhbərliyin strateji hədəflərinə və iddialarına zərrə qədər təsir etməyib. Əksinə, klub prezidenti uzunmüddətli inkişaf kursuna sadiq qaldığını nümayiş etdirir.

Qısa müddət ərzində görülən işlər bunu açıq şəkildə təsdiqləyir: cəmi bir il ərzində, süni də olsa, ot örtüyünün bərpa edilərək komandanın öz meydanına qaytarılması, stadion kompleksində yeni tribunanın və təbii ot örtüyünün inşasına start verilməsi, uşaq akademiyasının əsaslı şəkildə yenidən qurulması, köhnə bazanın faktiki olaraq sıfırdan təmir olunması və əlavə iki yeni meydançanın salınması bu strategiyanın real təzahürüdür.

Bu fonda komandanın hazırkı nəticələri xüsusilə seleksiya aspektindən daha qabarıq şəkildə müzakirə olunur. Heyətin formalaşdırılması zamanı verilən qərarların effektivliyi sual altına düşür və ortaya çıxan mənzərə göstərir ki, mövcud nəticələr təkcə meydandakı performansla deyil, eyni zamanda seleksiya prosesindəki yanaşmalarla da birbaşa bağlıdır. Bu isə təbii olaraq, bu məsələyə cavabdeh olan şəxslərin qərarlarının yenidən qiymətləndirilməsini gündəmə gətirir.

Məlumata görə, Məmmədov mövsümün sonunda heyətdə ciddi dəyişikliklər etməyi nəzərdə tutur. Bu perspektiv isə bəzi futbolçular arasında narahatlıq yaradıb.
Beləliklə, meydandakı nəticələrin yalnız idman amilləri ilə deyil, həm də komanda daxilindəki münasibətlər, qərar gözləntiləri və xüsusilə seleksiya siyasəti ilə əlaqəli ola biləcəyi ehtimalı gündəmdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Oxşar xəbərlər