top
Kamal Quliyevin Vernidubaya dəstəyi: Müəllimin qədrini bilməliyik Sport24.az
Bu gün, 14:00
- ↺ +

Kamal Quliyevin Vernidubaya dəstəyi: "Müəllimin qədrini bilməliyik"

"Neftçi" rəhbərliyindən tutmuş klubda çalışan ən sıravi işçiyə qədər hər kəsə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm". Bu sözləri "Neftçi"də məşqçi və baş seleksiyaçı kimi çalışmış Kamal Quliyev deyib.

Ötən gün 50 illik yubileyini qeyd edən Azərbaycan millisinin sabiq futbolçusu klubun yeni bazasına dəvət olunmasından və orada yaşadığı hisslərdən danışıb.

"Çox xoşbəxtəm ki, "Neftçi" ilə bağlı həm futbolçu, həm də məşqçi kimi fəaliyyətim unudulmayıb. Məni klubun yeni bazasına yüksək səviyyədə, böyük hörmətlə dəvət etdilər. Bir daha şahidi oldum ki, klubun mənə olan sevgisi və istəyi mənim "Neftçi"yə olan sevgim və istəyim kimi tükənməzdir.

Klubun yeni bazasında yaşadığım hisslər isə tamam başqa idi. Elə bil 15-20 il geriyə qayıtmışdım, hər şey dünən baş vermişdi. Özümü yenidən futbolçu kimi hiss etdim. Sanki qolumu çırmalayıb meydana çıxacaq, bu komandanın uğurları üçün yenidən mübarizə aparacaqdım".

Mütəxəssis "ağ-qaralar"ın bu mövsüm çempionluq şanslarını da dəyərləndirib:

"Neftçi"ni I dövrəni lider kimi başa vurması münasibətilə təbrik edirəm. Bu il klubun 90 illik yubileyidir. Necə ki, mən klubda işlədiyim dönəmdə 75 illik yubileyində çempion olduq, inşallah, bu il də elə olar.

Azarkeşlərə səslənirəm ki, indiki "Neftçi"nin arxasında dursunlar, komandanın ruhdan düşməsinə imkan verməsinlər. Rəhbərlikdən tutmuş komandanın hər bir üzvünə qədər hamı futbol adamıdır. Baş məşqçi Yuri Verniduba hörmətim artdı. O, klubu çətin dönəmdə qəbul etdi və heç bir bəhanə gətirmədi. Ukraynalı mütəxəssis "Mən bu komandanı yığmamışam" demədi. Halbuki bəzi məşqçilər bunu bəhanə kimi gətirirlər. Vernidubun qədrini bilməliyik. Mən heç vaxt yalan danışmamışam. Düzünü dediyim üçün indi işsizəm".

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında ilk dövrəni lider kimi tamamlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 13:55

Sumqayıtda şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək

Futbol
Bu gün, 13:38

Bayern prezidenti: Michael Olise-ni satmaq niyyətimiz yoxdur, transferlərə fokuslanırıq

Digər
Bu gün, 13:24

İspaniya yığmasının sabiq futbolçusu Xuan Mata karyerasını başa vurub

Qarabağ FK
Bu gün, 13:23

Şahin İbrahimov: "İnkişafım üçün şirkət uyğun görsə, başqa komandaya icarəyə getməyə hazıram"

Futbol
Bu gün, 13:20

"Liverpul" Mak Allisterlə müqavilənin müddətini uzatmaq üzrə danışıqlara başlayıb

Futbol
Bu gün, 13:08

Kozo Tashima FIFA prezidentliyinə rəsmi namizədliyini təqdim etdi

Basketbol
Bu gün, 13:07

Donovan Donaldson ABŞ-dan "Gəncə" basketbol klubuna qatıldı

Futbol
Bu gün, 13:00

Skaut mütəxssisi: "Rakuv"un Toral Bayramovun transferi üçün məbləği qarşılaması inandırıcı deyil"

Futbol
Bu gün, 12:53

Joze Mourinyo Real Madriddən ayrılma səbəbini 13 il sonra izah etdi

Güləş
Bu gün, 12:39

Azərbaycan güləşçiləri 25 noyabr - 1 dekabr tarixlərində Yerevanda keçiriləcək Deflimpiya Avropa çempionatına qatılacaq

Digər
Bu gün, 12:33

Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub

Futbol
Bu gün, 12:25

Zəngəzur məşqçisi 2-0 üstünlüyündən 2-2 bərabərliyinə düşmənin səbəblərini açıqladı

Futbol
Bu gün, 12:20

Real, plakata görə 3001 avro cərimə alacaq

Digər
Bu gün, 12:10

Emiliano Martines: “Niko Pas Messinin formasını geyinə bilər”

Futbol
Bu gün, 12:00

Qəbələ kapitanı: Elitadan düşmək fikrini də gözləməyəcəyəm

Futbol
Bu gün, 11:44

“Benfika”nın keçmiş əfsanəvi hücumişçisi Oskar Kardoso futboldan ayrılıb və fermaterialıqla məşğul olur

Şahmat
Bu gün, 11:40

Maqnus Karlsen Bibisara Asaubayeva ilə sonuncu partiyaya çıxmaqdan imtina edərək texniki qalibiyyətə imza atıb

Futbol
Bu gün, 11:40

Arsenal'ın keçmiş futbolçusu Piter Stori 81 yaşında vəfat edib

Digər
Bu gün, 11:31

Ayxan Xəkili Cenevrədə Avropa Atletikası Təhlükəsizlik Seminarına qatıldı

Futbol
Bu gün, 11:25

Barselona'nın sıx oyun qrafiki və Sabah ilə qarşılaşması

Qarabağ FK
Bu gün, 11:12

Qarabağ" qış təlimini Antalya, Belekdə 11-20 yanvar tarixlərində keçirəcək

Futbol
Bu gün, 11:10

Anar Hüseynov: Çempionlar Liqası təcrübəsi bizi daha gücləndirir

Futbol
Bu gün, 11:01

Braziliyada futbolçuların maaş borcu olan klublara 3 xalı silinəcək

Oxşar xəbərlər