"Kəpəz"in futbolçusu Cefferson Bentunun kluba qayıtmaq istəməməsinin səbəbi müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Braziliyalı müdafiəçinin həyat yoldaşı Azərbaycana qayıtmaq istəməyib.
Oyunçu Gəncə təmsilçisinin rəsmilərinə müraciət edərək həyat yoldaşının ölkədə xoşbəxt olmaq olmadığını və bu səbəbdən gəlmək istəmədiklərini deyib.
Qeyd edək ki, Cefferson Bentu cari mövsümün əvvəlində "Portimonense"dən icarə əsasında "Kəpəz"ə transfer olunub.