top
İngiltərə Kuboku: Premyer Liqa klublarından sensasiyalı məğlubiyyətlər Idman.biz
08 mart 2026, 20:17
- ↺ +

İngiltərə Kuboku: Premyer Liqa klublarından sensasiyalı məğlubiyyətlər

İngiltərə kubokunun (FA Cup) 1/8 final mərhələsində böyük sensasiya qeydə alınıb. Premyer Liqa təmsilçisi "Sanderlend" ölkənin üçüncü divizionunda (Liqa 1) mübarizə aparan "Port Veyl" klubu ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Stok-on-Trent şəhərində keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 28-ci dəqiqədə Ben Ueyn vurub.

Bu nəticəni sensasiyalı edən məqamlardan biri odur ki, matç baş tutan vaxt "Sanderlend" Premyer Liqada 11-ci pillədə qərarlaşdığı halda, "Port Veyl" üçüncü divizionun sonuncusu (24-cü yer) idi. Beləliklə, aşağı liqa təmsilçisi elitada yer alan rəqibini turnirdən kənarlaşdırmağı bacarıb.

"Port Veyl"in 1/4 final mərhələsindəki rəqibi martın 9-da keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.

18:17

İngiltərə kubokunda 1/4 finala vəsiqə uğrunda mübarizə aparan "Fulhem" öz meydanında Çempionşip təmsilçisi "Sauthempton"u qəbul edib. "Kreyven Kottec" stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın gedişində meydan sahibləri qəribə bir qol epizodu ilə yadda qalıblar. "Sauthempton"un qapıçısı Daniel Peretsin vurduğu top öz müdafiəçisinin başına dəyərək Rodriqo Munisə tərəf yönəlib. Munis topu tora göndərsə də, baş hakim Cared Jillet ondan əvvəl fiti səsləndirdiyi üçün qol qeydə alınmayıb.

Bu qərar "Fulhem" üçün çox baha başa gəlib. Matçın 89-cu dəqiqəsində İoahim Andersen cərimə meydançasında Finn Azazı yıxdığı üçün hakim penalti nöqtəsini göstərib. 91-ci dəqiqədə Ross Stüart zərbəni dəqiq yerinə yetirərək komandasını qələbəyə daşıyıb.

Beləliklə, Premyer Liqa təmsilçisi olan "Fulhem" turnirdəki çıxışını dayandırıb, "Sauthempton" isə adını 1/4 finala yazdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər