top
İngiltərə Kuboku: Lids 23 ildən sonra 1/4 finalda, Sauthempton və Port Veyl sensasiyası Idman.biz
08 mart 2026, 22:58
- ↺ +

İngiltərə Kuboku: "Lids" 23 ildən sonra 1/4 finalda, "Sauthempton" və "Port Veyl" sensasiyası

İngiltərə Kubokunda (FA Cup) 1/8 final mərhələsinin növbəti oyunları sensasiyalarla yadda qalıb. "Sauthempton"un "Fulhem"i, "Port Veyl"in isə "Sanderlend"i turnirdən kənarlaşdırmasından sonra diqqətlər "Elland Roud" stadionuna yönəlmişdi. Lakin Premyer Liqa təmsilçisi "Lids" rəqibinə heç bir şans verməyərək sürprizə imkan verməyib.

İdman.Biz xəbər verir ki, Daniel Farkenın keçmiş komandası "Norviç"ə qarşı keçirdiyi oyun "ağlar"ın tam üstünlüyü ilə başa çatıb - 3:0.

Meydan sahibləri ilk hissədəcə vurduqları iki qolla oyunun taleyini demək olar ki, həll ediblər. 32-ci dəqiqədə Şon Lonqstaff hesabı açıb. 43-cü dəqiqədə Qabriel Qudmundsson fərqi ikiyə çatdırıb. Oyunun son dəqiqələrində isə Joel Piroe (85) yekun hesabı rəsmiləşdirib.

Bu qələbə ilə "Lids" 2003-cü ildən bəri ilk dəfə İngiltərə kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb. Uzun 23 illik fasilədən sonra gələn bu uğur azarkeşlər tərəfindən böyük sevinclə qarşılanıb.

İngiltərə kubokunda 1/4 final mərhələsinin püşkatması martın 9-da, beşinci mərhələnin sonuncu oyunu olan "Vest Hem" - "Brentford" matçından əvvəl keçiriləcək.

20:17

İngiltərə kubokunun (FA Cup) 1/8 final mərhələsində böyük sensasiya qeydə alınıb. Premyer Liqa təmsilçisi "Sanderlend" ölkənin üçüncü divizionunda (Liqa 1) mübarizə aparan "Port Veyl" klubu ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Stok-on-Trent şəhərində keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 28-ci dəqiqədə Ben Ueyn vurub.

Bu nəticəni sensasiyalı edən məqamlardan biri odur ki, matç baş tutan vaxt "Sanderlend" Premyer Liqada 11-ci pillədə qərarlaşdığı halda, "Port Veyl" üçüncü divizionun sonuncusu (24-cü yer) idi. Beləliklə, aşağı liqa təmsilçisi elitada yer alan rəqibini turnirdən kənarlaşdırmağı bacarıb.

"Port Veyl"in 1/4 final mərhələsindəki rəqibi martın 9-da keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.

18:17

İngiltərə kubokunda 1/4 finala vəsiqə uğrunda mübarizə aparan "Fulhem" öz meydanında Çempionşip təmsilçisi "Sauthempton"u qəbul edib. "Kreyven Kottec" stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın gedişində meydan sahibləri qəribə bir qol epizodu ilə yadda qalıblar. "Sauthempton"un qapıçısı Daniel Peretsin vurduğu top öz müdafiəçisinin başına dəyərək Rodriqo Munisə tərəf yönəlib. Munis topu tora göndərsə də, baş hakim Cared Jillet ondan əvvəl fiti səsləndirdiyi üçün qol qeydə alınmayıb.

Bu qərar "Fulhem" üçün çox baha başa gəlib. Matçın 89-cu dəqiqəsində İoahim Andersen cərimə meydançasında Finn Azazı yıxdığı üçün hakim penalti nöqtəsini göstərib. 91-ci dəqiqədə Ross Stüart zərbəni dəqiq yerinə yetirərək komandasını qələbəyə daşıyıb.

Beləliklə, Premyer Liqa təmsilçisi olan "Fulhem" turnirdəki çıxışını dayandırıb, "Sauthempton" isə adını 1/4 finala yazdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər