Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni bu gün DÇ-2026-nın 3-cü turunun Norveçə qarşı keçiriləcəyi oyundan əvvəl danışıb. Sport24.az xəbər verir ki, "Real"ın futbolçusu Norveç yığmasının hücumçusu Erlinq Haalland haqda fikirlərini bölüşüb:
"Haaland dünya səviyyəli oyunçudur. O, istənilən vaxt qol vura bilər və biz daim ayıq olmalıyıq. Konsentrasiyada ən kiçik bir səhv baha başa gələ bilər. Amma mübarizəyə tam hazır olduğumuzu deyə bilərəm".
Qeyd edək ki, Fransa və Norveç yığma komandaları iki turdan sonra hərəyə altı xalla 1-ci və 2-ci yerləri bölüşdürürlər.