top
Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi Idman.biz
11 sentyabr 2026, 21:05
- ↺ +

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

"İmişli" Misli Premyer Liqasının beşinci turunda Yevlax şəhər stadionunda "Neftçi"yə 2:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov qarşılaşmadan sonra matçla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis "Neftçi"nin ilk dəqiqələrdə təzyiq göstərəcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, komandasının planı bu təzyiqi üzərindən ataraq öz oyununu göstərmək olub. Lakin ilk 15 dəqiqənin istədikləri kimi keçmədiyini deyən Namazov "İmişli"nin qısa müddətdə iki qol buraxdığını qeyd edib.

Baş məşqçi bundan sonra sistem dəyişikliyinə getdiklərini və futbolçuların meydandakı mövqelərini dəyişdiklərini söyləyib:

"Şükürlər olsun ki, tez toparlandıq və fasiləyə bərabərliklə getdik".

Namazov ilk 20 dəqiqənin "Neftçi"nin üstünlüyü şəraitində keçdiyini vurğulayıb. O, rəqibin oyundakı üstünlüyünü də etiraf edib:

"Reallıq odur ki, "Neftçi" dominant oynayırdı. Bizim planımız əks-hücumlarda, keçidlərdə üstünlük yaratmaq idi".

Mütəxəssis Yusif İmanovun qapıda olmamasının onun performansı ilə əlaqəli olmadığını bildirib. Namazov komandada iki gənc qapıçının olduğunu və mövsüm ərzində rotasiyalardan istifadə etməyi planlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, məqsəd hər iki qapıçını daim oyun tonusunda saxlamaqdır.

Baş məşqçi bu qarşılaşmada Sadiq Məmmədzadənin də etimadı doğrultduğunu bildirib: "Sadiq Məmmədzadə qapıda ümidləri doğrultdu".

Namazov Vüsal Qəmbərovun iştirak ərizəsində yer almamasına da aydınlıq gətirib. O bildirib ki, futbolçu artıq "Şəfa" ilə anlaşıb. Mütəxəssis Qəmbərova mövsümün əvvəlindən təkliflərin olduğunu, "Şəfa"nın təklifinin daha cəlbedici olması səbəbindən klublar arasında razılıq əldə edildiyini söyləyib.

Namazov əlavə edib ki, Vüsal Qəmbərov bundan sonra "Şəfa"nın şərəfini qoruyacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 22:39

UWW Fərhad Bağırovu grapplinq üzrə Bakıdakı çempionatın əsas favoriti elan etdi

Futbol
Bu gün, 22:28

FIF rəhbəri Ayaz Abdullayevin Quba klubu ilə bağlı iddialarını rədd etdi

Futbol
Bu gün, 22:22

Aleksey İsayev Sumqayıt qarşısında qolu yeni doğulan körpəsinə həsr etdi

Futbol
Bu gün, 22:08

Kriştianu Ronaldu "Əl-Əhli" yenilməsində karyerasının 986-cı qolunu vurdu

Futbol
Bu gün, 22:01

"Sumqayıt"ın baş məşqçisi: "Sabah"a qarşı azlıqda oynamaq çox çətin idi

Futbol
Bu gün, 21:56

Mançester Yunaytedin məşqi dronla çəkilib və taktiki detallar açıqlanıb

Digər
Bu gün, 21:54

38 yaşlı amerikalı hamilə qadın 34-cü həftədə New York marafonunu 4:06:55 ilə bitirdi

Digər
Bu gün, 21:45

ASF ekspertinin Qubada "Üzməyi öyrənək" layihəsinin icrasını izləməsi

Digər
Bu gün, 21:33

Qazaxda 5-ci İdman Festivalının açılışı keçirildi

Futbol
Bu gün, 21:31

Dambrauskas: ‘Sabah’ 5–1 qələbəsində ‘Sumqayıt’ın məhvı

Futbol
Bu gün, 21:26

Qalatasarayda zədəli futbolçuların vəziyyəti açıqlanıb

Futbol
Bu gün, 21:17

PSG qapıçısı Lukas Şevalye ilə yollarını ayırmağı planlayır

Qarabağ FK
Bu gün, 21:02

“Kəpəz”–“Qarabağ” matçının biletları tam satılıb, Gəncədə yeni tamaşaçı rekordunun gözlənilməsi

Futbol
Bu gün, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Oxşar xəbərlər