top
Falaye Sako: Komandaya adaptasiya üçün vaxt lazım idi Idman.biz
11 may 2026, 17:18
- ↺ +

Falaye Sako: Komandaya adaptasiya üçün vaxt lazım idi

"Futbol elə bir oyundur ki, daimi olaraq sən eyni tempdə davam edə, eyni cür oynaya bilməzsən".

Bunu "Neftçi"nin müdafiəçisi Falaye Sako futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 31-ci turunda "Şamaxı" üzərində 3:0 hesablı qələbə qazandınız…

- Çox sevinirəm. Çünki bu qarşılaşmada bizim üçün 3 xal qazanmaq vacib idi. Əlimizdən gələni etdik və qələbəyə nail olduq. Düşünürəm ki, çox önəmli qalibiyyətdir.

- "Şamaxı" qapanan komanda olduğu üçün adətən onlara qarşı oynamaq çətindir. Amma siz sanki rahat bir matç keçirdiniz…

- Əlbəttə ki, bu bizim baş məşqçimizin işinin bəhrəsidir. Çalışdırıcımız bizi hər komandaya uyğun hazırlayır, hər komandaya uyun taktiki tapşırıqlar verir. Demək olar ki, bütün həftəboyu həmin komandaya uyğun hazırlıq keçirik.

- "Neftçi" bundan öncəki matçlarda daha çox ona görə qınanırdı ki, komanda ilk hissədə rəqibə pressinq edirdi, amma ikinci yarıda bunun davamın gətirə bilmirdi. "Şamaxı" ilə matçda isə komanda demək olar ki, sona qədər işinin öhdəsindən gəldi. Demək olar ki, fiziki planda komanda daha da yaxşılaşıb?

- Bayaq vurğuladığım kimi, hər rəqibin özünə uyğun taktikası, oyun fəlsəfəsi var. Baş məşqçi də buna uyğun olaraq komandanı hazırlayır. Təhlil edirik, ona görə də oynayırıq. Demək olar ki, hər oyun eyni cür olur.

- Komanda çox qol epizodu yaratdı, amma hamısından istifadə edə bilmədi. Bunun səbəbin nədə görürsən?

- Məsələ bundadır ki, çempionatın əvvəlində oyunçular bir-birini tanımırdılar, komanda uyğunlaşmamışdı. Yeni komanda yığılmışdı. Bir müddət lazım idi ki, adaptasiya keçək, hamımız uyğunlaşaq. Hazırda elə vəziyyətdir ki, komanda bir-birinin rahat başa düşür, rahat oynayır.

- Öz oyununda yüksəlişi hiss edirsən?

- Futbol elə bir oyundur ki, daimi olaraq sən eyni tempdə davam edə, eyni cür oynaya bilməzsən. Bunu göstərmək qeyri-mümkündür. Bəzən elə anlar olur ki, eniş yaşayırsan, istədiyin performansı göstərə bilmirsən. Amma əsas odur ki, hər zaman konsentrasiyan yüksək olsun.

- Artıq avrokuboklara getməyiniz sadəcə "Sabah"ın qələbəsindən asılıdır. Demək olar ki, "Neftçi" 4-cü yeri qarantiləyib.

- Bizim avrokuboklara getmək üçün yeganə yolumuz odur ki, "Sabah" kuboku qazansın. Biz də mövsümü 4-cü yerdə bitirb, Konfrans Liqasına qatıla bilərik. Bundan əlavə "Sabah" kuboku qazansa, o bizə daha çox motivasya verəcək ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edək.

- Elə növbəti oyununuz da "Sabah"a qarşıdır. Onları da məğlub edə biləcəksiz?

- Fikrimcə, çox yaxşı oyun olacaq. "Sabah" çox yaxşı kollektivdir, yaxşı oyun göstərirlər. Biz də onlardan geri qalmırıq. Maraqlı qarşılaşma keçəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Oxşar xəbərlər