top
Eyeball analitik platforması Azərbaycan futbolunda tətbiqini genişləndirir Idman.biz
22 may 2026, 16:49
- ↺ +

"Eyeball" analitik platforması Azərbaycan futbolunda tətbiqini genişləndirir

Azərbaycan futbolunda müasir texnologiyaların tətbiqi istiqamətində "Eyeball" analitik platformasının istifadəsi genişləndirilir.

İdman.Biz xəbər verir ki, AFFA tərəfindən həyata keçirilən layihə həm kişi, həm də qadın futbolunu əhatə edir. Sistemə U-15, U-16, U-17, Gənclər və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları daxil edilib.

Layihənin əsas məqsədi Azərbaycan futbolunda analitik yanaşmanı inkişaf etdirmək, məşqçilər və klublar üçün daha geniş məlumat bazası formalaşdırmaq, həmçinin gənc futbolçuların inkişaf prosesini daha yaxından izləməkdir.

"Eyeball" platforması üzrə ikinci mərhələ artıq başa çatdırılıb. Bu müddətdə 75-dən çox oyun sistem üzərindən analiz olunub. İkinci mərhələ çərçivəsində region klubları olan "Şamaxı", "Qəbələ", "Turan Tovuz" və "Kəpəz" VEO kameraları və platformaya giriş imkanları ilə təmin edilib.

Klub nümayəndələri və məşqçi heyətləri ilə görüşlər keçirilib, onlara platformanın istifadəsi, texniki imkanları və iş prinsipi barədə ətraflı məlumat verilib.

Layihə çərçivəsində klublar üçün əlavə imkan da yaradılıb. Bundan sonra komandalar yalnız oyunlarını deyil, məşq proseslərini də VEO kameraları vasitəsilə qeydə ala biləcəklər. Bu, məşqçilərə hazırlıq prosesini daha detallı təhlil etmək, taktiki iş üzərində çalışmaq və futbolçuların inkişaf dinamikasını daha dəqiq izləmək imkanı verəcək.

Növbəti mövsümdən aşağı yaş qruplarında çıxış edən bütün klubların oyunları tam şəkildə çəkilərək "Eyeball" platformasına yüklənəcək və analiz olunacaq. Bu addım ölkə futbolunda vahid video və analitik bazanın yaradılması, eləcə də klublar üçün texnoloji imkanların artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Oxşar xəbərlər