top
Efiopiya futbol komandası İsveçdə yoxa çıxıb Idman.biz
30 iyul 2026, 14:35
- ↺ +

Efiopiya futbol komandası İsveçdə yoxa çıxıb

Efiopiyadan olan gənclər futbol komandasının üzvləri və onları müşayiət edən bir neçə şəxs İsveçin Göteborq şəhərində keçirilən "Gothia Cup" turnirindən sonra yoxa çıxıb.

İdman.Biz "The Local"a istinadən xəbər verir ki, komandaya bağlı 20-yə yaxın efiopiyalının yoxa çıxması barədə İsveç polisinə məlumat verilib. Qrupun qaldığı məktəbin əməkdaşları turnirin finalı günü futbolçuların və onları müşayiət edən bir neçə yetkin şəxsin oranı tərk etdiyini müəyyənləşdiriblər.

Turnirin mətbuat katibi Fredrik Bekman təşkilatçıların komanda ilə yaxşı münasibətlərinin olduğunu və baş verənlərin onlar üçün gözlənilməz olduğunu bildirib. "Gothia Cup" rəhbərliyi ehtiyat tədbiri olaraq polisə müraciət edib. Turnir başa çatdıqdan 10 gün sonra da qrupun yeri müəyyənləşdirilməyib.

Polis efiopiyalıların ölkələrinə qayıtmadığını təsdiqləyib. İlkin ehtimala əsasən, onlar könüllü şəkildə yoxa çıxıblar. Bunun İsveçdə və ya başqa ölkədə qalmaq məqsədi daşıdığı isə hələ təsdiqlənməyib.

"Onların İsveçdə qalmağa çalışıb-çalışmadığını bilmirik. Bunu demək sadəcə fərziyyə olardı", - İsveç polisinin itkin düşən şəxslərlə məşğul olan bölməsinin əməkdaşı Ellinor Halldin bildirib.

Polis Miqrasiya Agentliyi, sərhəd polisi və digər ölkələrin aidiyyəti qurumları ilə birlikdə axtarış aparır. Hüquq-mühafizə orqanları hadisənin arxasında insan qaçaqmalçılığı və ya başqa cinayət əməlinin olduğuna dair heç bir əlamətin müəyyən edilmədiyini açıqlayıb.

2026-cı il "Gothia Cup" turnirində 77 ölkədən komandalar iştirak edib. Efiopiya yarışda dörd komanda ilə təmsil olunub.

Xatırladaq ki, İtaliyanın "Leççe" futbol komandasının cinah hücumçusu Lamek Banda da təxminən iki həftədir yoxa çıxıb və ondan xəbər yoxdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Oxşar xəbərlər