top
David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı Sport24.az
15 sentyabr 2026, 20:58
- ↺ +

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

"Kəpəz"in müdafiəçisi David Domgjoni klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az alban futbolçunun Misli Premyer Liqasının V turunda "Qəbələ" ilə matçından danışıb. 

 

- Səncə, "Kəpəz"in heyətində debütün necə alındı? Öz oyunundan razı qaldın?

- Öncə məni və ailəmi xoş qarşıladığına görə klubun bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. "Kəpəz"dəki debütümə gəlincə, deyə bilərəm ki, hər şey yaxşı alındı. Lakin zaman keçdikcə, oyundan-oyuna komanda yoldaşlarımı daha yaxşı tanıdıqca, bundan da güclü çıxış edəcəyəm. İstənilən halda, mənim "Kəpəz" formasında ilk oyunumun qalibiyyətlə başa çatmasına görə çox xoşbəxtəm.

 

- Maraqlıdır, "Kəpəz"dən təklif gələndə ilk reaksiyan necə oldu? Gəncə təmsilçisinə transferində əsas rolu nə oynadı?

- Təklif alanda, "Kəpəz"in çox xüsusi, köklü klub olduğunu öyrəndim. "Sarı-göylər"in tarixi haqqında məlumat topladım. Anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır. Tədricən kollektivin bir hissəsinə çevrilməyə çalışıram. Ümidvaram ki, biz üzərimizdə çox işləsək, "Kəpəz" gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq.



- "Kəpəz"də ən çox bəyəndiyin nədir?

- İlkin müşahidələrimə görə əminliklə söyləyə bilərəm ki, klubun azarkeşlərlə sıx bağlılığı var. Bu, mənim diqqətimi çəkən ən böyük məqamdır. Azarkeş amili "Kəpəz"in ən güclü tərəfidir. İnanıram ki, azarkeşlərin dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Biz onlar üçün, eləcə də bütün Gəncə üçün oynayırıq. Tribunalarda belə çoxlu sayda fanat gördükdə, meydançada əsl döyüşçüyə çevrilirik.

 

- Gəncəyə bir müddət əvvəl köçmüsünüz. Bu qısa zaman ərzində şəhəri gəzmək imkanı olub?

- Açığı, çempionatın sıx qrafikinə görə Gəncəni gəzmək imkanım olmayıb. Həyat yoldaşım və uşaqlarımla birgə yalnız şəhərin mərkəzini gəzmişik. Gəncənin küçələri təmiz, insanları olduqca dostcanlıdır. Şəhərdəki parklar, tarixi binalar çox xoşumuza gəldi.



- Bəs Gəncə mətbəxi ilə tanış ola bilmisən?

- (gülür) Hələ ki yox. Ancaq komanda yoldaşlarımdan kiminsə məni yerli mətbəxə qonaq dəvət edəcəyi günü səbirsizliklə gözləyirəm.

 

- Sonda, növbəti oyunla bağlı fikirlərini öyrənmək istərdim. "Kəpəz"in sentyabrın 20-də "Sumqayıt"a qarşı keçirəcəyi görüş barədə nə düşünürsən?

- Adətən, istənilən yarışda qarşıdan gələn matç ən vacibi sayılır. Biz həftəboyu tam gücümüzlə məşq etməli, oyuna ciddi hazırlaşmalıyıq. "Sumqayıt"la matçda komanda şəklində mübarizə aparıb, uğurlu nəticə göstərməliyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Dünən, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Oxşar xəbərlər