top
Bundesliqa: Verder Union Berlini səfərdə darmadağın etdi Idman.biz
08 mart 2026, 23:10
- ↺ +

Bundesliqa: "Verder" "Union Berlin"i səfərdə darmadağın etdi

Almaniya Bundesliqasının 25-ci turunun bağlanış matçında "Verder" səfərdə "Union Berlin"in qonağı olub. "An der Alten Försterei" stadionunda keçirilən qarşılaşma qonaqların 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyinə erkən qırmızı vərəqə və bremenlilərin say üstünlüyündən məharətlə istifadə etməsi birbaşa təsir göstərib.

Görüş meydan sahibləri üçün uğurlu başlayıb. 18-ci dəqiqədə "Verder"in sabiq oyunçusu Derrik Köhn penalti zərbəsini dəqiq yerinə yetirərək paytaxt təmsilçisini önə keçirib. Lakin cəmi bir dəqiqə sonra "Union"un yarımmüdafiəçisi Andraş Şefer rəqibinə qarşı kobud oyununa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Say üstünlüyünü ələ keçirən qonaqlar fasiləyə qədər vəziyyəti tamamilə öz xeyirlərinə dəyişiblər. 31-ci dəqiqədə Olivye Deman künc zərbəsindən sonra yaranan vəziyyətdə hesabı bərabərləşdirib. Cəmi dörd dəqiqə sonra isə Yens Staye başla vurduğu qolla komandasını hesabda irəli çıxarıb.

İkinci hissədə də üstünlüyünü qoruyan "Verder" 66-cı dəqiqədə Mark Qrüllün qolu ilə fərqi artırıb. Matçın son saniyələrində (90+4) isə 18 yaşlı Patris Çoviç Bundesliqada ilk qolunu vuraraq darmadağını rəsmiləşdirib.

Bu qalibiyyət sayəsində xallarını 25-ə çatdıran Daniel Tiunun yetirmələri turnir cədvəlinin 16-cı pilləsindən (releqasiya zonası) uzaqlaşaraq 13-cü sıraya yüksəliblər. "Union Berlin" isə 28 xalla 10-cu yerdə qalıb.

Teqlər: Verder Bremen, Union Berlin, Bundesliqa, Andraş Şefer, Patris Çoviç, Almaniya futbolu

20:54

Almaniya Bundesliqasının 25-ci turu çərçivəsində "Sankt-Pauli" öz meydanında "Ayntraxt"ı qəbul edib. Hamburqun "Millerntor" stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.

İdman.Biz xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda hər iki komanda qol vəziyyətləri yaratsa da, hesabı açmaq mümkün olmayıb - 0:0.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran meydan sahibləri turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıblar. 35 xalı olan Frankfurt təmsilçisi isə yeddinci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər