Bukmekerlər İngiltərə Premyer Liqası məşqçiləri arasında işdən çıxarılma üçün ən yaxın namizədi açıqlayıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislərin fikrincə, növbəti işdən çıxarılma portuqaliyalı Nuno Eşpirto Santonun çalışdırdığı "Vest Hem"də olacaq. Bu hadisənin reallaşma əmsalı 2,75-dir.
Bukmekerlər "Tottenhem"in baş məşqçisi Tomas Frankı (3.00) işdən çıxarılma ehtimalı ən yüksək olan ikinci şəxs kimi görürlər. İlk üçlüyü "Liverpul"un baş məşqçisi Arne Slot (4.00) tamamlayır.
Yanvar ayında Premyer Liqada iki baş məşqçi istefası baş verib. Enzo Mareska və Ruben Amiorim müvafiq olaraq "Çelsi" və "Mançester Yunayted"dəki vəzifələrindən azad ediliblər.