top
Bornmut Krupini Barselonaya keçməyə icazə verməyəcək Idman.biz
28 iyul 2026, 19:33
- ↺ +

"Bornmut" Krupini "Barselona"ya keçməyə icazə verməyəcək

"Barselona"nın bu yay transfer dönəmində yüksək səviyyəli mərkəz hücumçusu transfer etməsi asan görünmür.

İdman.Biz sport.es-ə istinadən xəbər verir ki, klubun əsas hədəfi hələ də "Atletiko"nun hücumçusu Xulian Alvares olsa da, Madrid təmsilçisi futbolçunun transferi ilə bağlı danışıqlara başlamaq istəmir. Bu səbəbdən "Barselona"nın idman departamenti son həftələrdə "Bornmut"un hücumçusu Eli Junior Krupin variantını yaxından araşdırıb.

Klub daxilində 19 yaşlı futbolçunun transferini dəstəkləyənlər olsa da, "Barselona" artıq anlayır ki, bu keçidi reallaşdırmaq da asan olmayacaq. Krupi "Barselona"ya keçməyə müsbət yanaşsa da, "Bornmut" hazırda onu satmaq niyyətində deyil və ətrafına heç bir təklifi nəzərdən keçirməyəcəyini çatdırıb.

İngiltərə klubu daha əvvəl "Tottenhem" və "Mançester Siti"nin də təkliflərini geri çevirib. Bununla belə, gələcəkdə uyğun maliyyə təklifi olacağı təqdirdə danışıqların mümkünlüyü istisna edilmir. "Bornmut" futbolçunu satacağı halda, onun Premyer Liqadan kənar kluba keçməsinə üstünlük verəcək.

"Barselona" əvvəlcə Xulian Alvares üçün son cəhdini etməyi planlaşdırır. Kataloniya klubu argentinalının "Atletiko" rəhbərliyi ilə görüşərək ayrılmaq istədiyini bildirməsinə ümid edir. Lakin bu görüşün futbolçunun avqustun 10-da mövsümöncəsi hazırlığa qoşulmasından sonra baş tutacağı gözlənilir.

Bu tarix isə "Barselona" üçün gec hesab olunur. Klub yeni mövsümə yüksək səviyyəli hücumçusuz başlamaq istəmir. Bu səbəbdən Alvares transferi baş tutmasa, Kroupi əsas alternativlərdən biri olaraq qalacaq.

Baş məşqçi Hansi Flik də komandaya mütləq yeni mərkəz hücumçusunun cəlb edilməsini istəyir. Almaniyalı mütəxəssis xüsusilə Ferran Torresin komandadan ayrılması ehtimalını nəzərə alaraq hücum xəttinin gücləndirilməsini vacib hesab edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:04

V Enənəvi Minifutbol Turnirində Əmirxeyir Qələbə Qazanıb

Futbol
Bu gün, 20:40

Gənc hakimin “Şamaxı – Turan Tovuz” matçına təyinatı və iki FIFA hakimin “Araz‑Naxçıvan – Neftçi” qarşılaşmasında rolu

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Oxşar xəbərlər