top
Azər Məmmədov: “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxt lazımdır Idman.biz
12 sentyabr 2026, 21:05
- ↺ +

Azər Məmmədov: “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxt lazımdır

Misli Premyer Liqasının beşinci turunda "Qəbələ"ni minimal hesabla (1:0) məğlub edən "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışı və mövcud durumu barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis hər oyunda qalib gələcək qədər güclü olmadıqlarını, lakin qarşılaşmaların hamısında qələbə qazanmağı qarşılarına məqsəd qoyduqlarını bildirib.

Azər Məmmədov "Kəpəz"in güclü komanda formalaşdırması üçün vaxta ehtiyac olduğunu vurğulayıb:

"Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün vaxt lazımdır. Yalnız bu halda güclü və iddialı "Kəpəz"i geri qaytara bilərik".

"Qəbələ" ilə görüşü dəyərləndirən baş məşqçi rəqibi düzgün təhlil etdiklərini və əsas futbolçularını zərərsizləşdirdiklərini qeyd edib:

"Bu gün yaxşı komandaya qarşı oynadıq. "Qəbələ"ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik. Hətta məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım".

O, komandanın oyun üslubunun maliyyə imkanları ilə də bağlı olduğunu bildirib:

"Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən məbləğimiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq".

Azər Məmmədov "Kəpəz"in hazırda hər oyunda birinci nömrə kimi çıxış etməyə hazır olmadığını deyib:

"Şamaxı" ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda bir nömrə oynamağa hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq".

Baş məşqçi növbəti rəqib "Sumqayıt"la oyundan əvvəl komandanın yenidən eyforiyaya qapılmasından narahat olduğunu da etiraf edib:

"Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya heç kim qapılmayacaq".

Mütəxəssis zədələnən Dioqo Verdaşkanın vəziyyəti barədə də məlumat verib. Onun sözlərinə görə, futbolçu təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacaq:

"Verdaşka altı həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Oxşar xəbərlər