top
Azər Məmmədov: “Kəpəz” transferlərindən narazılıq yoxdur” Sport24.az
15 avqust 2026, 23:17
- ↺ +

Azər Məmmədov: “Kəpəz” transferlərindən narazılıq yoxdur”

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Kəpəz" "Sabah"a 0:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

 

Mövsümə məğlubiyyətlə başladınız. İlk oyunda çempionatın güclü komandalarından biri olan "Sabah"la qarşılaşdınız. Matçı necə dəyərləndirirsiniz?

 

- İlk növbədə, çempionatın başlaması münasibətilə bütün futbol ictimaiyyətini və sizi də təbrik edirəm. Əlbəttə, hazırda çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq. Bizim bəxtimizdən ilk turda "Sabah"la oynadıq.

 

Futbolçularımıza təşəkkür etmək istəyirəm. "Sabah"ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər. Meydanda çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümumiyyətlə, komandamdan, futbolçularımdan razıyam. Bu oyuna görə onlara təşəkkür edirəm. Çempionat uzun marafondur, qarşıda hələ çox oyunlarımız var. İnşallah, hər şey yaxşı olar.

 

- "Kəpəz"ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?

 

- Bilirsiniz ki, hər klubun müəyyən büdcəsi var və komanda həmin büdcəyə uyğun komplektləşdirilir. Bizim də müəyyən büdcəmiz var. Rəhbərliklə birlikdə çalışdıq ki, həmin imkanlardan maksimum yararlanaq. Düşünürəm ki, bundan pis istifadə etməmişik. Hələlik transferlərimizdən narazılığımız yoxdur. İnşallah, gələcək göstərəcək ki, etdiyimiz transferlər bizim üçün nə dərəcədə uğurlu alınıb.

 

- "Kəpəz" üçün transferlərin başa çatdığını deyə bilərik, yoxsa hələ yeni futbolçuların cəlb olunması planlaşdırılır? Hansı mövqelərə oyunçu axtarırsınız?

 

- Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik. Hücum xəttinə bir-iki futbolçu cəlb etmək istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Oxşar xəbərlər