top
Azər Həşimov: Neftçi üçün Qarabağ üzərində qələbə çox vacib idi Idman.biz
01 may 2026, 15:02
- ↺ +

Azər Həşimov: "Neftçi" üçün "Qarabağ" üzərində qələbə çox vacib idi

"Qarabağ"la oyunda qələbə qazanmaq "Neftçi" üçün olduqca vacib idi".

Bu barədə "Karvan-Yevlax"ın sabiq baş məşqçisi Azər Həşimov bildirib.

41 yaşlı mütəxəssis Bakı təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunla bağlı fikirlərini bölüşüb.

"Neftçi"yə qələbə olduqca vacib idi. Komanda dördüncü yeri tutmaq və avrokubok şansını daha da artırmağı planlaşdırır. Mübarizədən qopmamağa çalışırlar. Dünənki görüşdə də bunun şahidi olduq. "Qarabağ"la matçda sonadək mübarizə apardılar", - deyə o, report.az-a açıqlamasında söyləyib.

A.Həşimovun sözlərinə görə, "ağ-qaralar"ın azarkeşləri komandalarının qələbə qazanacağına inanıb:

"Əvvəlki oyundakı 1:5 hesablı məğlubiyyətə baxmayaraq, fanatlar tribunalarda yenə öz yerlərini almışdılar. "Neftçi" xalqın komandasıdır. Həqiqətən bu klubun azarkeşləri ölkəmizdə çoxdur. Görüşdən əvvəl komandanın minimum heç-heçəyə nail olacağını proqnozlaşdırırdım. "Qarabağ" ötən həftəsonu rəqibini 5:1 hesabı ilə yenib. Bəlkə də bəzi oyunçularda bir az arxayınlıq olub. Böyükhesablı qalibiyyətdən sonra istər-istəməz, az da olsa, bu yaşanır. Futbol diqqəti, məsuliyyəti və konsentrasiyanı sevir".

Xatırladaq ki, "Neftçi" hazırda Misli Premyer Liqasında 47 xalla dördüncü pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
Bu gün, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Voleybol
Bu gün, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Bu gün, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Bu gün, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Futbol
Bu gün, 06:28

Toni Freyşa, Barça-nın keçmiş prezident namizədi, Real Madrid-in prezidenti Florentino Pérez-in istefasını proqnozlaşdırdı

Futbol
Bu gün, 05:47

Messi Argentina milli komandası ilə son məşqini keçirdi

Futbol
Bu gün, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Bu gün, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Cüdo
Dünən, 21:38

Prezident İlham Əliyev, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimindən video paylaşdı

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Oxşar xəbərlər