top
Arif Əsədov: Avrokuboklarda Qarabağ yenə əsas ümid yeridir, ən azı iki komanda qışa qədər çıxış edəcək Sport24.az
22 may 2026, 14:00
- ↺ +

Arif Əsədov: Avrokuboklarda "Qarabağ" yenə əsas ümid yeridir, ən azı iki komanda qışa qədər çıxış edəcək

"Azərbaycan futbolu üçün kifayət qədər vacib və maraqlı yay olacaq. Bu mövsüm 4 klubumuzun avrokubokların əsas mərhələsinə düşməsini arzulayırıq". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klublarımızın şanslarını dəyərləndirib:

"Əlbəttə, dörd komandanın hər birinin əsas mərhələyə yüksəlməsi ideal ssenari olar. Bunun üçün həm püşk amili, həm transfer siyasəti, həm də yay hazırlığı həlledici olacaq. Uzun illərdir bu yükü əsasən "Qarabağ" daşıyırdısa, artıq digər klubların da Avropada müəyyən iddialar ortaya qoymaq istədiyi hiss olunur. Ağdam klubu yenə də ən böyük ümid yeri sayılır. Klub artıq illərdir avrokubok ritmini bilir. Komanda qitəmiqyaslı tunirlərdə necə oynamağın vacibliyini mənimsəyib - səfər matçlarının idarə olunması, iki oyundan ibarət duellərdə taktiki çeviklik, təzyiq altında oyun intizamını qorumaq kimi məqamlar onların üstünlüyüdür. Bundan başqa, klubun oturuşmuş sistemi və məşqçi sabitliyi də mühüm amildir. Əgər yayda əsas futbolçuların böyük hissəsi qorunsa və bir neçə keyfiyyətli transfer edilsə, onların yenə əsas mərhələyə yaxın olması normal görünür. Xüsusilə son mövsümdə Premyer Liqada rəqabətin artması onu göstərdi ki, klublar təkcə daxili yarış üçün yox, avrokuboklar üçün də plan qurmağa başlayıblar.

 

Əsədov iki təmsilçimizin əsas mərhələyə yüksələcəyinə inandığını da vurğulayıb:

 

"Hansı daha şanslıdır? Bu barədə fikir söyləmək çətindir. Ən azı iki komandamızın qışa qədər qitə səhnəsində çıxış ecəyinə inanıram. 4 komandanın hər birinin heyətini güclənməsinə ehtiyac var ki, baş məşqçsilər də bu barədə düşünür. Hazırda "Sabah"ın heyəti daha sabirdir.  "Qarabağ", "Turan Tovuz" və "Neftçi"nin yəqin ki, heyətinə yeni futbolçular cəlb edəcək. Dörd klubun hər birinin baş məşqçisinin avrokubok təcrübəsi var. Əsas odur ki, onların təcrübəsi komandalarının növbəti mərhələyə çıxmasında təkan olsun".

Qeyd edək ki, cari mövsümdə avrokubokların püşkatması iyunun 16-da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Oxşar xəbərlər