"Araz-Naxçıvan" - "Kəpəz" oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Naxçıvan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
32 oyundan sonra "Araz-Naxçıvan" 43 xal toplayaraq 6-cı yerə yüksəlib. 7-ci yerdəki "Sumqayıt" 31 oyunda 41 xal toplayıb. "Kəpəz" 27 xalla 10-cu yerdədir.
21:04
"Araz-Naxçıvan" - "Kəpəz" oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, 76-cı dəqiqədə amon Maçado Naxçıvan təmsilçisinin növbəti qolunu vurub - 2:0.
20:34
"Araz-Naxçıvan" - "Kəpəz" oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, oyunda Naxçıvan təmsilçisi irəlidədir - 1:0.
20:19
"Araz-Naxçıvan" - "Kəpəz" oyununda ilk hissə bitib.
İdman.Biz bildirir ki, oyunda 1:0 hesabı ilə Naxçıvan təmsilçisi irəlidədir.
20:07
"Araz-Naxçıvan" - "Kəpəz" oyununda hesab açılıb.
İdman.Biz bidirir ki, 36-cı dəqiqədə Patrik Andrade Naxçıvan klubunu irəli çıxarıb.
19:30
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 32-ci turunda "Kəpəz"i qəbul edir.
İdman.Biz bildirir ki, oyun "SOCAR Polymer Arena"da keçirilir.
18:47
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 32-ci turunda "SOCAR Polymer Arena"da "Kəpəz"i qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 23. Nuno Rodriqes 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Ehtiyat oyunçular: 12. Kristian Avram 8. Coşqun Diniyev 92. İbrahim İsmayılov 33. Elmir Cəfərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
"Kəpəz": 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 12. Mahamadu Ba 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 83. Raul İsaqov 24. Olavale Onanuqa 14. Adama Fofana
Baş məşqçi: Azər Bağırov
09:28
Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində ikinci qarşılaşma "SOCAR Polymer Arena"da keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. "Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 21 xala malik "Kəpəz" isə onuncudur.
Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
15 may (cümə)
19:30. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"SOCAR Polymer Arena"
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.