top
Andrey Demeçenko: Belə nəticədən sonra oyunçular cərimələnəcək Sport24.az
08 mart 2026, 21:51
- ↺ +

Andrey Demeçenko: "Belə nəticədən sonra oyunçular cərimələnəcək"

Misli Premyer Liqasının XXIII turunun "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan (6:0) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– "Qarabağ"ı təbrik edirəm, bu gün yaxşı oynadılar. Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün "Qarabağ"a isdədikləri kimi oynamağa imkan verdilər. Bu oyunda fikrimiz başqa idi, çox pressinq edib, onlara yaxın oynamaq istəyirdik. Deyərdim ki, pressinq komanda oyunudur. Hər futbolçunu bunu etməyəndə artıq komandaya təsir edir. İlk qol oyunumuza təsir etdi. Qapıçımız topu götürməli olduğu halda alınmadı. Belə bir hal olanda rəqib oyunçulara daha çox güvən verirsiniz və nəticə belə alınır. Azarkeşlərimizdən bu cür oyuna görə üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbol komanda oyunudur. Bu gün bizdə iki qrup var idi. Bəziləri oynamaq, bəziləri oynamaq istəmirdi. Bugünkü məğlubiyyətə səbəbkar tək futbolçular deyil, həm də məşqçilərdir.

 

– Hədəf avrokuboklardır. Qarşıdan "Şamaxı" və "Karvan-Yevlax"la oyunlar gəlir. Bu görüşlərdə xal itkiləri komandaya necə təsir edər?

 

– Düzdür, bu cür oyundan sonra nəsə demək çətindir. Çalışacağıq ki, bərpa olaq və özümüzü göstərə bilək.

 

– Futbolçuların səhvlərindən danışdınız. Məşqçilər korpusunun da səhv etdiyini dediz. Ola bilər ki, əsas səhv "Qarabağ"la oyunda topla çox oynamaq istəyi idi?

 

– Futbolçular "Qarabağ"a qarşı oynamağın asan olmadığını bilirdi. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun alınmır. Yenə komandanı yığıb, səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır.

 

 

– Düşünürsünüz ki, sanki futbolçular oynamaq istəmədi?

 

– Fəlsəfəmiz bütün rəqiblərə qarşı eynidir. Bəzən futbolda belə hallar olur, güclü komandalara qarşı çətinliklər yaşayırsan.

 

– "Araz-Naxçıvan"ın ev oyunlarını Bakıda keçirməsi nəticələrə necə təsir edir? Məsələn, elə bil, Donetsk klubu Kiyevdə oynayır…

– Çox komanda var ki, Bakıda məşq edir, Bakıda oynayır. Futbolçu və məşqçi üçün stadionun fərqi yoxdur. Naxçıvan komandasıyıq, başa düşürəm. Lakin mən gələndə də artıq Bakıda oynayırdıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər