top
Almaniya 2038 və ya 2042-ci il futbol dünya çempionatına ev sahibliyi etməyə namizəddir Idman.biz
28 iyul 2026, 23:03
- ↺ +

Almaniya 2038 və ya 2042-ci il futbol dünya çempionatına ev sahibliyi etməyə namizəddir

Almaniya 2038 və ya 2042-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatlarına ev sahibliyi etmək niyyətindədir.

İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, "Ayntraxt" klubunun baş direktoru və Almaniya Futbol İttifaqının (DFB) idarə heyətinin üzvü Aksel Helmann ölkəsinin mundialı keçirmək üçün əsas namizədlərdən biri olduğunu bildirib.

"Biz turnirə ev sahibliyi etməkdən məmnun olarıq. Həm DFB-nin, həm də federasiyanın prezidenti Noyendorfun 2042-ci il dünya çempionatına müraciət etmək istəyi var, hətta 2038-ci il variantı da mümkündür. Hər şey FIFA-nın qaydalarından asılıdır.

Almaniyada bunun üçün bütün imkanlar var – stadionlar, nəqliyyat və otel infrastrukturu mövcuddur. Hər oyunda tribunalar dolu olacaq. Bu, uğurlu turnir olar.

2038-ci il üçün də imkanlarımız var, amma əminəm ki, 2042-ci ildə uğurlu mundial keçirmək üçün çox yaxşı şanslarımız olacaq. Almaniyada bunun üçün lazım olan hər şey var. Lazımi ölçüdə stadionlar, məşq bazaları mövcuddur. Sadəcə bəzi stadionların daha müasir və yenilənmiş olması lazımdır", - deyə Helmann bildirib.

O qeyd edib ki, 2006-cı ildə keçirilən dünya çempionatı Almaniyanın beynəlxalq imicinə böyük təsir göstərib.

"2006-cı ildə Almaniyanın ölkə kimi qavranılması köklü şəkildə dəyişdi. "Almanlar çox ciddidir" fikrinin yerini "Almaniya böyük qonaqpərvərliyə malik möhtəşəm ölkədir" düşüncəsi aldı.

Dünya bazarındakı imkanlar çox böyük olardı. Bu, indiyə qədər keçirdiyimiz ən yaxşı marketinq kampaniyası olardı. Biz ictimai nəqliyyata sərmayə qoyduq və bu, uzunmüddətli perspektivdə bütün cəmiyyət üçün faydalı ola bilər", - deyə DFB rəsmisi əlavə edib.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin Uruqvay, Argentina və Paraqvayda da ayrı-ayrı oyunlar təşkil olunacaq. 2034-cü il mundialına isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:04

V Enənəvi Minifutbol Turnirində Əmirxeyir Qələbə Qazanıb

Futbol
Bu gün, 20:40

Gənc hakimin “Şamaxı – Turan Tovuz” matçına təyinatı və iki FIFA hakimin “Araz‑Naxçıvan – Neftçi” qarşılaşmasında rolu

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Oxşar xəbərlər