top
AFFA İntizam Komitəsinin Misli Premyer Liqasının 29-cu turu ilə bağlı qərarları Sport24.az
29 aprel 2026, 15:29
- ↺ +

AFFA İntizam Komitəsinin Misli Premyer Liqasının 29-cu turu ilə bağlı qərarları

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 29-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

 

"İmişli" – "Sumqayıt" oyununda "İmişli"dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

 

Həmin oyun "Sumqayıt"ın formasında qüsurlar olması səbəbindən gec başladığına görə "gənclik şəhəri" təmsilçisi 1500 manat cərimə edilib.

 

Bu matçda "Sumqayıt" azarkeşləri tərəfindən futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə klub 8000 manat cərimələnib.

 

Eyni görüş bitdikdən sonra "Sumqayıt" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Sumqayıt" 3000 manat cərimə edilib.

 

"Şamaxı" – "Kəpəz" oyununda "Kəpəz"dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

 

"Neftçi" – "Qarabağ" matçının 90+3-cü dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə paytaxt təmsilçisi 5000 manat cərimələnib.

 

Bu görüşdə "Neftçi" azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə "Neftçi" klub 8000 manat cərimə edilib.

 

Həmin oyunda "Qarabağ" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam təmsilçisi 7000 manat cərimə edilib.

 

"Sabah" – "Karvan-Yevlax" oyununun 64-cü dəqiqəsində "Sabah"ın 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, klubu isə 1000 manat cərimə edilib.

 

Bu matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sabah" 6500 manat cərimə edilib.

 

Sözügedən qarşılaşmanın 36-cı dəqiqəsində "Karvan-Yevlax"ın 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. "Karvan-Yevlax" isə 500 manat cərimələnib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Futbol
Bu gün, 17:00

"Neftçi”yə qarşı xüsusi hazırlıq - Bu XƏBƏRİ QAÇIRMAYIN!

Qarabağ FK
Bu gün, 17:00

"Kəpəz"in legioneri Kennet Kalunqa: "Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyduq"

Futbol
Bu gün, 16:56

Premyer Liqanın 13-cü turu: komandalar arası üzd-üz tarixi statistikalar

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakıda Görməli Yerləri Video Hazırladı

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Qarabağ FK
Bu gün, 16:40

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Futbol
Bu gün, 16:00

Azərbaycan millisində kapitanlıq QALMAQALı: Ona kimlər mane olub? - VİDEO

Futbol
Bu gün, 16:00

Şahin Diniyev: “Sabah”dan sensasiya gözləmək absurddur”

Futbol
Bu gün, 15:57

“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video

Futbol
Bu gün, 15:53

“Gəncəbasar”ın müdafiəçisi qələbə vəd etdi

Şahmat
Bu gün, 15:50

Dommaracu ilə Sindarovun mübarizəsi başlayır

Qarabağ FK
Bu gün, 15:46

BFF və AFFA-nın dəstəyi ilə 5-ci D kateqoriyalı məşqçi kursu başladı

Futbol
Bu gün, 15:40

Musialanın səhhəti və “Bavariya” ilə müqaviləsi barədə yeni detallar

Digər
Bu gün, 15:30

Mərakeş Seneqala qarşı CAS-la qanunsuz əlaqələr saxlamaq ittihamı irəli sürdü

Oxşar xəbərlər