top
Fabio Kannavaro: Zidanın başı ilə zərbə endirilməsəydi “Qızıl top”u itirə bilərdik Idman.biz
Bu gün, 14:08
- ↺ +

Fabio Kannavaro: Zidanın başı ilə zərbə endirilməsəydi “Qızıl top”u itirə bilərdik

Özbəkistan millisinin italiyalı baş məşqçisi Fabio Kannavaro futbol dünyasının aktual məsələləri ilə bağlı açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, 2006-cı ilin dünya çempionu "La Gazzetta dello Sport" nəşrinə müsahibəsində İngiltərənin "Liverpul" futbol komandasının niderlandlı müdafiəçisi Vircil van Daykın İtaliyada oynamaq istədiyini açıqlayıb.

"Dünya çempionatında onunla görüşdüm. Mənə İtaliyada oynamaq istədiyini, bunun onu çox cəlb etdiyini dedi. Van Daykı "Milan"da görmək gözəl olardı. O, bütün bu illər ərzində fiziki gücü və yüksək sürəti özündə birləşdirib", - Kannavaro söyləyib.

Baş məşqçi 20 il əvvəl "Qızıl top"u qazanması ilə bağlı xatirələrini də bölüşüb:

"France Football"un jurnalisti "Real"ın məşq bazasından çıxarkən məni saxladı və avtomobilimə əyləşdi. Dedi ki, Buffon artıq səni keçə bilməz, qalib sənsən və müsahibə götürməliyik. Həmin an bunun zarafat olduğunu düşündüm.

O ilin oyunlarına yenidən baxanda öz-özümə deyirəm: İlahi, necə də yaxşı oynayırdım! Amma o vaxt da bilirdim, indi də bilirəm ki, Zidan Materatsiyə başı ilə zərbə endirməsəydi, "Qızıl top"u qazanmaq daha çətin olardı".

"Qızıl top"umun dəyəri indi üç dəfə artıb"

İtaliyalı mütəxəssis son 20 ildə heç bir müdafiəçinin bu mükafatı qazanmamasına da münasibət bildirib:

"Mənim "Qızıl top"umun dəyəri indi üç dəfə artıb. O vaxtdan bəri heç bir müdafiəçi bu mükafatı qazanmayıb və gələcəkdə bunun necə baş verəcəyini də təsəvvür edə bilmirəm. Bəlkə, Pau Kubarsi? Özü də "Barselona"nın müdafiəçisi. Mənim qələbəmi ən çox tənqid edən şəhərin komandasının futbolçusu.

Samuel Eto"O bunu karnaval adlandırırdı. Bu, məni narahat edirdi? Əsla! Tənqidlər heç vaxt məni narahat etməyib. İndi isə gülürəm. Elə bil Maldininin, Barezinin və ya Kubarsinin "Qızıl top"u qazanmamasında mən günahkaram.

Başqa hansı müdafiəçi bu mükafata daha çox layiq idi? 1994-cü ildə Franko Barezi. Onun dünya çempionatının finalında Braziliyaya qarşı oyunu inanılmaz idi. Ancaq mükafatı qazanmağa ən yaxın olan Paolo Maldini idi. Əgər "Milan" 2005-ci ildə İstanbulda "Liverpul"a qarşı Çempionlar Liqasının finalında qalib gəlsəydi".

Müasir müdafiəçilərin problemləri

Kannavaro müasir futbolda müdafiəçilərin fərdi hazırlığına kifayət qədər diqqət ayrılmadığını düşünür:

"Biz fərdi texnika, qaçış tərzi, top öndən və cinahdan gələndə müdafiə olunmaq bacarığı üzərində işləməyi dayandırdıq. Hər mövqenin öz xüsusiyyətləri var. Bu gün bəzən qapısını qorumağı bacaran qolkiper əvəzinə topu 70 metr uzağa göndərə bilən qapıçıya üstünlük verirlər. Buna etiraz etmirəm, amma həlledici məqamda qol buraxanda da şikayət etməyin".

İtaliya millisinin müdafiəsi

Sabiq müdafiəçi İtaliya millisinin çox qol buraxmasının səbəbini ayrı-ayrı futbolçuların deyil, bütövlükdə komandanın oyununda görür:

"İtaliya çox qol buraxır, həqiqətən də çox. Amma məsələ müdafiəçi cütlüyündə deyil, komanda şəklində düşünmək lazımdır. Futbolçulara başa salmaq lazımdır ki, onlar at deyillər və pressinq məqsədyönlü olmalıdır.

Spalletti deyirdi ki, pressinq etmək barədə düşünməklə onu həyata keçirmək arasında vaxt itirirsənsə, artıq gecikirsən. İtaliya millisində də vəziyyət belədir. Topu geri qazanmaq üçün kifayət qədər məşq etmirik və ilk pressinq xətti keçiləndə çətinlik çəkirik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:13

AVAR-2 hakimi Misli Premyer Liqasının XIII turundakı təlim məqsədli işlərdə iştirak edəcək

Qarabağ FK
Bu gün, 14:00

Avrokubok mərhələlərindən sonra: "Qarabağ" 61-ci sırada qalır, "Sabah", "Zirə" və "Neftçi" reytinqdə geriləyib

Futbol
Bu gün, 14:00

Şəfa"da Zaur Həşimova şərt qoyuldu — "İmişli"ni məğlub etməyibsə, postdan ayrılacaq

Digər
Bu gün, 13:55

İmaməddin Xəlilov Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazandı

Futbol
Bu gün, 13:53

Yuventus, 18 yaşlı Lorenzo Mezzotero ilə maraqlanır

Futbol
Bu gün, 13:45

Premyer Liqa klubları maliyyə qaydalarının pozulması səbəbiylə 'Mançester Siti'nin satılmasını tələb edir

Qarabağ FK
Bu gün, 13:40

Qurban Qurbanov Kadi Borsest vidalaşmağa hazırdır: "Qarabağ" brazilalını buraxmağa razıdır

Futbol
Bu gün, 13:40

Vladimir Pisarski: Rusiyada bir çox futbolçu mərc edir, amma cəzalandırılmırlar

Futbol
Bu gün, 13:38

Futbol
Bu gün, 13:37

Aleksandr Sörlot Çempionlar Liqasında zədələnib, iki həftə meydandan kənarda qalacaq

Futbol
Bu gün, 13:35

İmişli – Şəfa: Start heyətləri açıqlandı

Futbol
Bu gün, 13:32

Mourinyo Vinisius və Arda ətrafındakı müzakirələrə cavab verdi

Futbol
Bu gün, 13:24

Misli Premyer Liqasının 13-cü turunda "İmişli" - "Şəfa" matçının heyətləri açıqlanıb;

Futbol
Bu gün, 13:23

UEFA Batumidəki Beşiktaş-Hapoel qarşılaşmasında baş verən insidentə münasibət bildirib

Futbol
Bu gün, 13:22

Messi Tevesin vida oyununda iştirak edəcək

Qarabağ FK
Bu gün, 13:20

"Qarabağ" – "Roma" matçı Bakı Olimpiya Stadionunda ən çox izləyici toplayan oyun olmuşdur

Futbol
Bu gün, 13:20

Məsut Özil Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı hərəkətlərini pisləyib

Futbol
Bu gün, 13:17

Gürcüstanda UEFA Avropa Liqası matçı öncəsi "Beşiktaş"ın 16 azarkeşi polis tərəfindən saxlanılıb;

Boks
Bu gün, 13:08

Azərbaycan boksçuları İstanbulda IBA Prezident kubokunda mübarizə apardı

Futbol
Bu gün, 13:07

"Bornmut" azarkeşləri Avropa Liqasının finalı üçün Frankfurtda otel yeri məşğul edib

Boks
Bu gün, 13:03

Azərbaycan boksçuları İstanda IBA Prezident Kubokunda mübarizə aparacaqlar

Futbol
Bu gün, 13:00

Səbail"də ciddi böhran: Prezident sponsorlardan aldıqı vəsaiti müavəzələrə ödəmir

Qarabağ FK
Bu gün, 13:00

Aleksey Kaşukun Ukraynaya qayıdışı "Qarabağ"la müqaviləsinin sərfəli şərtləri səbəbindən çatışmaz maliyyə şərtləri ilə qarşılaşır

Oxşar xəbərlər