top
Şəfada Zaur Həşimova şərt qoyuldu — İmişlini məğlub etməyibsə, postdan ayrılacaq Sportinfo.az
Bu gün, 14:00
- ↺ +

Şəfa"da Zaur Həşimova şərt qoyuldu — "İmişli"ni məğlub etməyibsə, postdan ayrılacaq

"Şəfa"nın uğursuz nəticələri sıralaması klub rəhbərliyinin səbr kasasını daşırdıb.

Yayda Elgiz Kərəmlinin yerinə baş məşqçi postuna Zaur Həşimovu gətirən rəhbərlik heyəti yerli və əcnəbi futbolçularla gücləndirməklə ona lazım olan dəstəyi vermişdi.

Lakin komandanın uğursuz çıxışı, 10 oyundur qələbə qazana bilməməsi rəsmiləri dərindən düşünməyə vadar edib.

"İmişli" ilə qarşılaşma Zaur Həşimov üçün "Şəfa"da sonuncu oyun ola bilər.

12 turdan sonra cəmi 5 xal toplayan paytaxt təmsilçisi bu dəfə də məğlubiyyətlə üzləşərsə, rəhbərlik yeni baş məşqçi ilə bağlı qərar verməli olacaq.

45 yaşlı mütəxəssisə kifayət qədər – 4 ay vaxt verilib. Digər klubların başbilənləri ardıcıl yenilgilərə görə baş məşqçilərə qapını göstərsələr də, "Şəfa"dakı söz sahibləri səbrli davranmaq yolunu seçib. Artıq səbrdən və hövsələdən keçib. Vaxt uçur, vəziyyət düzəlmir ki, düzəlmir.

Odur ki, "Şəfa" Yevlaxda "İmişli"ni məğlub edib özündən öndəki rəqiblərə nisbətən yaxınlaşmalıdır. Həşimov postunda qalmaq istəyirsə, bölgədən 3 xalla qayıtmalıdır.

Bu gün Yevlax şəhər stadionunda keçiriləcək "İmişli" – "Şəfa" qarşılaşması saat 14:30-da başlayacaq.

Maraq üçün bildirək ki, cari mövsümdə üç baş məşqçi istefası gerçəkləşib.

Təhlükəli zonada yer alan komandalardan Cavid Hüseynov "Araz-Naxçıvan"dan, Kaxaber Tsxadadze "Qəbələ"dən, Fərid Namazov isə "İmişli"dən ayrılıb.

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:08

Fabio Kannavaro: Zidanın başı ilə zərbə endirilməsəydi “Qızıl top”u itirə bilərdik

Qarabağ FK
Bu gün, 14:00

Avrokubok mərhələlərindən sonra: "Qarabağ" 61-ci sırada qalır, "Sabah", "Zirə" və "Neftçi" reytinqdə geriləyib

Digər
Bu gün, 13:55

İmaməddin Xəlilov Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazandı

Futbol
Bu gün, 13:53

Yuventus, 18 yaşlı Lorenzo Mezzotero ilə maraqlanır

Futbol
Bu gün, 13:45

Premyer Liqa klubları maliyyə qaydalarının pozulması səbəbiylə 'Mançester Siti'nin satılmasını tələb edir

Qarabağ FK
Bu gün, 13:40

Qurban Qurbanov Kadi Borsest vidalaşmağa hazırdır: "Qarabağ" brazilalını buraxmağa razıdır

Futbol
Bu gün, 13:40

Vladimir Pisarski: Rusiyada bir çox futbolçu mərc edir, amma cəzalandırılmırlar

Futbol
Bu gün, 13:38

Futbol
Bu gün, 13:37

Aleksandr Sörlot Çempionlar Liqasında zədələnib, iki həftə meydandan kənarda qalacaq

Futbol
Bu gün, 13:35

İmişli – Şəfa: Start heyətləri açıqlandı

Futbol
Bu gün, 13:32

Mourinyo Vinisius və Arda ətrafındakı müzakirələrə cavab verdi

Futbol
Bu gün, 13:24

Misli Premyer Liqasının 13-cü turunda "İmişli" - "Şəfa" matçının heyətləri açıqlanıb;

Futbol
Bu gün, 13:23

UEFA Batumidəki Beşiktaş-Hapoel qarşılaşmasında baş verən insidentə münasibət bildirib

Futbol
Bu gün, 13:22

Messi Tevesin vida oyununda iştirak edəcək

Qarabağ FK
Bu gün, 13:20

"Qarabağ" – "Roma" matçı Bakı Olimpiya Stadionunda ən çox izləyici toplayan oyun olmuşdur

Futbol
Bu gün, 13:20

Məsut Özil Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı hərəkətlərini pisləyib

Futbol
Bu gün, 13:17

Gürcüstanda UEFA Avropa Liqası matçı öncəsi "Beşiktaş"ın 16 azarkeşi polis tərəfindən saxlanılıb;

Boks
Bu gün, 13:08

Azərbaycan boksçuları İstanbulda IBA Prezident kubokunda mübarizə apardı

Futbol
Bu gün, 13:07

"Bornmut" azarkeşləri Avropa Liqasının finalı üçün Frankfurtda otel yeri məşğul edib

Boks
Bu gün, 13:03

Azərbaycan boksçuları İstanda IBA Prezident Kubokunda mübarizə aparacaqlar

Futbol
Bu gün, 13:00

Səbail"də ciddi böhran: Prezident sponsorlardan aldıqı vəsaiti müavəzələrə ödəmir

Qarabağ FK
Bu gün, 13:00

Aleksey Kaşukun Ukraynaya qayıdışı "Qarabağ"la müqaviləsinin sərfəli şərtləri səbəbindən çatışmaz maliyyə şərtləri ilə qarşılaşır

Futbol
Bu gün, 12:54

Zirə kapitanı: İmişliyə qarşı 2:2 nəticə, penalti səhvlərindən dərs

Oxşar xəbərlər