top
A Seriyası: Romanın məğlubiyyəti, Veronanın qələbəsi və digər nəticələr Idman.biz
08 mart 2026, 23:44
- +

A Seriyası: "Roma"nın məğlubiyyəti, "Verona"nın qələbəsi və digər nəticələr

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Roma" səfərdə "Genoa"nın qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə "Genoa"nın hücumçusu Junior Messias penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Cəmi üç dəqiqə sonra "Roma"nın müdafiəçisi Evan Ndika tarazlığı bərpa etsə də, paytaxt təmsilçisi xalı qoruya bilməyib. 80-ci dəqiqədə Vitor Oliveyra (Vitinya) vurduğu qolla genuyalılara qələbə qazandırıb.

Bu məğlubiyyətdən sonra 51 xalda qalan "Roma" turnir cədvəlinin beşinci pilləsindəki mövqeyini qorusa da, təqibçiləri ilə xal fərqi minimuma enib. 30 xal toplayan "Genoa" isə 13-cü sıraya yüksəlib.

20:22

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Verona" səfərdə "Bolonya"nın qonağı olub. "Renato Dall"Ara" stadionunda baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Verona"nın heyətində Martin Frese və Kiron Boui vurduqları qollarla komandalarına vacib üç xalı qazandırıblar. Meydan sahiblərinin yeganə qoluna isə Conatan Rou imza atıb.

Bu qələbə "Verona" üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, komanda bu nəticə ilə İtaliya çempionatındakı 12 matçlıq qələbəsizlik seriyasına son qoyub. Hazırda 18 xalı olan "Verona" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Bolonya" isə 39 xalla səkkizinci yerdədir.

Paralel keçən qarşılaşmasında "Fiorentina" və "Parma" üz-üzə gəlib. Florensiyada keçirilən matçda qapılara qol vurulmayıb - 0:0. Bu bərabərlikdən sonra "Fiorentina" 25 xalla 17-ci, "Parma" isə 34 xalla 12-ci pillədə yer alıb.

18:09

İtaliya A Seriyasında "sağ qalmaq" uğrunda mübarizə aparan iki komandanın gərgin qarşılaşmasında "Leççe" öz meydanında "Kremoneze"ni qəbul edib. Dramatik hadisələrlə yadda qalan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Leççe" matçın ilk hissəsində aşkar üstünlük nümayiş etdirib. 22-ci dəqiqədə Qallonun künc zərbəsindən ötürməsini Pierotti başla tora göndərərək hesabı açıb. 38-ci dəqiqədə Biankettinin cərimə meydançasında topa əllə müdaxiləsindən sonra təyin olunan penaltini serbiyalı hücumçu Ştuliç dəqiq yerinə yetirərək fərqi ikiyə çatdırıb.

İkinci hissəyə Davide Nikolanın üçlü əvəzləməsi ilə başlayan qonaqlar dərhal fərqi azaldıblar. 47-ci dəqiqədə Federiko Bonazzoli komandasını ümidləndirib. Oyunun son dəqiqələri isə əsl xaosla yadda qalıb. Payero hesabı bərabərləşdirsə də, VAR müdaxiləsindən sonra topun əllə oynanıldığı məlum olub və qol ləğv edilib. Matçın son saniyələrində Falkone inanılmaz seyvlə Payeronun növbəti zərbəsini dəf edərək qələbəni qoruyub.

Bu nəticədən sonra xallarını artıran "Leççe" (27) təhlükəli zonadan uzaqlaşmaq yolunda böyük addım atıb – 16-cı pillə. Ardıcıl uğursuzluqlar yaşayan "Kremoneze"də (24) isə baş məşqçi Davide Nikolanın istefası gündəmdədir. Komanda 18-ci pillədədir.

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 22:49

Musa Ağayev: Səhvlərim üzündən finala çıxa bilmədim, hədəfim Olimpiya qızılıdır

Basketbol
Bu gün, 22:43

Azərbaycan qadın basketbol millisi Bolqarıstanda darmadağınla məğlub olub

Güləş
Bu gün, 22:40

U-23 Avropa Çempionatı: Azərbaycan güləşçilərinin uğurları - YENİLƏNİR

Güləş
Bu gün, 22:37

Ali Tsokayev U-23 Avropa Çempionatında qızıl medal qazanıb

Futbol
Bu gün, 22:25

"Adana Demirspor" maliyyə problemlərinə görə FIFA tərəfindən cəzalandırılıb və liqadan kənarlaşdırılıb

Güləş
Bu gün, 22:24

Yeniyetmələrin güləş çempionatında sərbəst güləş üzrə finalçılar bəlli oldu

Olimpiada
Bu gün, 22:10

Beynəlxalq Kanoe Federasiyası rəhbərləri Bakıda avarçəkmə məşq bazası ilə tanış olublar

Digər
Bu gün, 22:02

İCF və ECA rəhbərləri Bakıda avarçəkmə bazasına baş çəkiblər

Olimpiada
Bu gün, 21:56

MOK-da Təhlükəsiz İdman Komissiyasının Yaradılması və Tərkibi

Futbol
Bu gün, 21:54

Hans-Diter Flikin azarkeş izdihamında uşağı xilas etməsi

Futbol
Bu gün, 21:38

"Quba" PFK-nın prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib

Güləş
Bu gün, 21:28

U-23 Avropa Çempionatı: Ceyhun Allahverdiyev gümüş medal qazandı, Azərbaycan güləşçiləri finalda - YENİLƏNİR

Voleybol
Bu gün, 21:26

"DH Volley" UNEC-i məğlub etdi, MAA "Gəncə" üzərində qələbə qazandı

Güləş
Bu gün, 21:23

Ceyhun Allahverdiyev U-23 Avropa Çempionatında Gümüş Medal Qazanıb

Boks
Bu gün, 21:14

Frensis Nqannu Ceyk Polun ağzını cırmaq istəyir: "Döyüş mənə maraqlı deyil"

Futbol
Bu gün, 20:48

Eden Azar VAR-ın ləğvini tələb edib: "VAR emosiyaları aradan qaldırır"

Güləş
Bu gün, 20:41

U-23 Avropa Çempionatı: Azərbaycanlı qadın güləşçilər finalda, sərbəst güləşçilərdən medallar - YENİLƏNİR

Güləş
Bu gün, 20:23

Gültəkin Şirinova U-23 Avropa Çempionatının finalında!

Futbol
Bu gün, 20:17

Qvardiola: "Real Madrid" Çempionlar Liqasında bizdən daha təcrübəlidir

Olimpiada
Bu gün, 20:17

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası yaradıldı

Voleybol
Bu gün, 20:02

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 17-ci turunda ilk oyun gününün nəticələri

Formula 1
Bu gün, 19:58

BYD Formula 1 və WEC-də iştirak variantlarını araşdırır

Futbol
Bu gün, 19:46

Rəhim Həsənov mübahisəli epizodlarla bağlı hakimlərin qərarlarını dəstəkləyib - VİDEO

Futbol
Bu gün, 19:46

Neymar təsadüfən modelin fotolarını bəyəndiyi üçün üzr istəməli oldu

Oxşar xəbərlər