top
Norris Maklarenin təkər seçimi ilə bağlı: Geriyə baxanda bu, səhv qərar idi Idman.biz
26 may 2026, 11:59
- ↺ +

Norris "Maklaren"in təkər seçimi ilə bağlı: "Geriyə baxanda bu, səhv qərar idi"

"Formula-1" üzrə Kanada Qran-prisində "Maklaren" komandasının pilotu Lando Norris ara təkərlərlə start qərarına görə kollektivini müdafiə edib.

İdman.Biz xəbər verir ki, Monrealda yarışdan əvvəl yağan zəif yağış və sərin hava şəraiti "Maklaren"in həm Norris, həm də Oskar Piastri üçün ara təkər seçməsinə səbəb olub.

Lakin formalaşma dövrələrində tras sürətlə quruyub. Pilotların əksəriyyəti hamar təkərlərlə start aldığı halda, "Maklaren"in seçimi qısa müddətdə özünü doğrultmayıb. Norris startda "Mersedes" pilotlarını geridə qoyaraq liderliyə yüksəlsə də, ikinci dövrənin sonunda pit-stopa girərək hamar təkərlərə keçib. Piastri isə bunu birinci dövrənin sonunda edib.

Britaniyalı sürücü sonradan texniki problemə görə mübarizəni dayandırıb. Buna baxmayaraq, Norris qərarın səhv nəticə verdiyini qəbul etsə də, bunun "pis qərarvermə" olmadığını bildirib:

"Yəqin ki, isinmə dövrəsində bunu anladım. Yağış artıq bir qədər dayanmışdı. Geriyə baxanda bu, səhv qərar idi. Amma bir dövrə üçün yaxşı idi, məni problemlərdən uzaq saxladı. Arxada nələrsə baş versəydi, qərar daha yaxşı görünə bilərdi. Sonda isə səhv seçim oldu".

Norris komandanın riskə getməsini normal qarşıladığını vurğulayıb:

"Bunun pis qərarvermə nəticəsində baş verdiyini düşünmürəm. Etdiyimiz seçim üçün əsaslı səbəblər var idi. Nəyəsə getməyimiz və qərarın arxasında dayanmağımız mənə xoşdur. Bəzən alınmır. Bunu qəbul edib nəticə çıxarmalıyıq".

"Maklaren"in rəhbəri Andrea Stella da qərarın həmin anda trasın nəm və sürüşkən görünməsi ilə bağlı verildiyini deyib. Onun sözlərinə görə, start prosedurunun iki dəfə ləğv olunması və əlavə formalaşma dövrələri trasın daha da qurumasına səbəb olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər