top
Mercedes Monako Qran-prisində Rassellın cəzasına etiraz edib Idman.biz
14 iyun 2026, 17:45
- ↺ +

"Mercedes" Monako Qran-prisində Rassellın cəzasına etiraz edib

"Mercedes" komandası Corc Rassellə Monako Qran-prisində verilən cəzaya yenidən baxılması üçün Beynəlxalq Avtomobil Federasiyasına müraciət edib.

İdman.Biz xəbər verir ki, bunu Almaniya komandasının rəhbəri Toto Volf "Sky Sports F1"ə açıqlamasında təsdiqləyib.

Rassell pit-leyndə sürət həddini aşdığı üçün əvvəlcə beş saniyəlik cəza alıb. Britaniyalı pilot növbəti pit-stop zamanı sanksiyanı qaydalara uyğun çəkmədiyindən ona pit-leyndən keçmə cəzası verilib. Bu qərar "Mercedes" pilotunu xal zonasından kənarda qoyub.

Məsələ "Alpine"in Pyer Qasliyə verilən iki beş saniyəlik cəzanı ləğv etdirməsindən sonra yenidən gündəmə gəlib. FIA qərarı dəyişdikdən sonra fransalı pilot Monako Qran-prisində üçüncü pilləyə qaytarılıb.

"Biz də FIA-ya nəticəyə yenidən baxılması üçün müraciət göndərdik. Açığı, bunun real nəticə verəcəyinə tam əmin deyiləm. Bu qərar çoxsaylı başqa məsələləri də ortaya çıxara bilər", - deyə Volf bildirib.

"Mercedes" rəhbəri Rassellin aldığı pit-leyndən keçmə cəzasının təxminən 20 saniyəlik vaxt itkisinə bərabər olduğunu vurğulayıb:

"Həmin 20 saniyə Corcu dördüncü yerə qaytara bilərdi. Amma bunun digər nəticələri necə olacaq? Düşünmürəm ki, bu arqument hakimlər qarşısında qəbul edilsin. Bununla belə, Corcun cəzası ilə bağlı bu addımı atmağa borcluyuq".

"Mercedes"in işini çətinləşdirən əsas məqam cəzanın yarış zamanı çəkilməsidir. Mövcud qaydalarda pilotun artıq yerinə yetirdiyi sanksiyanın sonradan nəticələrdən çıxarılması üçün aydın mexanizm nəzərdə tutulmayıb.

Qeyd edək ki, "Red Bull" və "McLaren" də Qaslinin podiuma qaytarılması ilə bağlı qərardan apellyasiya vermək niyyətlərini FIA-ya bildiriblər. "McLaren" pilotu Oskar Piastri isə qərardan təəccübləndiyini açıqlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Oxşar xəbərlər