top
Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı Sportinfo.az
Bu gün, 23:20
- ↺ +

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

"Barselona"nın rəsmi saytı Azərbaycandakı yeganə rəsmi fan-klubu olan "Penya Barcelonista Baku" haqqında məqalə dərc edib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan məqalədə Bakıda keçiriləcək "Sabah" – "Barselona" matçı, Azərbaycandakı kataloniyalı azarkeşlərin fəaliyyəti və yerli fan-klubun qarşılaşma ərəfəsində üzərinə götürdüyü ev sahibliyi missiyası barədə məlumat verilib.

Məqalədə bildirilir ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyununda "Barselona"nı dəstəkləmək üçün ümumilikdə 474 azarkeş Azərbaycana gələcək. Onlardan 268-i klubun üzvü, 206-sı isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 41 fan-klubun nümayəndəsidir.

Məqalədə vurğulanır ki, bu qarşılaşma "Barselona"nın peşəkar komandasının Azərbaycana rəsmi yarış çərçivəsində ilk səfəri olacaq. Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Sabah"la üz-üzə gələcək.

"Barselona"nın Azərbaycandakı yerli fan-klubu – "Penya Barcelonista Baku" isə matç üçün Bakıya gələcək azarkeşləri qarşılayacaq və onlara ev sahibliyi edəcək.

Klubun rəsmi saytının məlumatına görə, fan-klubun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. "Penya Barcelonista Baku" 2017-ci ildə rəsmi status alıb və Qafqaz ölkələri arasında "Barselona"nın yeganə rəsmi fan-klubudur.

Bundan başqa, İraqın "Peña Blaugrana de Bagdad" və İsrailin "Peña Blaugrana Tel Aviv" fan-klublarının hər birindən 18 nəfər Bakıya gələcək.

Paris və Poznan şəhərlərindəki fan-klubların nümayəndələri də komandanı dəstəkləmək üçün Azərbaycana səfər edəcəklər.

"Sabah" – "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Bu gün, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Digər
Bu gün, 22:59

Sərbəst dalış üzrə dünya rekordçusu Janin Qrasmeyer 33 yaşında vəfat edib

Futbol
Bu gün, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb;

Futbol
Bu gün, 22:55

II Liqada XIII turun təyinatları məlum oldu

Futbol
Bu gün, 22:50

İngiltərə klubu Nyuklasın yeni hədəfi: Ayvan Toni

Futbol
Bu gün, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Futbol
Bu gün, 22:45

Barselonanın sabiq futbolçusu Deko həyat yoldaşı ilə Bakı küçələrində - FOTO

Futbol
Bu gün, 22:40

"İnter" "Nyukasl"ın Espoziton 60 milyon avroya almaq təklifini rədd etdi

Futbol
Bu gün, 22:31

„Nyukasl“ „Mançester Yunayted“in Tonin və Holla ilə bağlı transfer planlarını poza bilər

Qarabağ FK
Bu gün, 22:20

Qurban Qurbanovun nazirlik mesajı: Sabırli olun, Qarabağ geri qayıdacaq

Futbol
Bu gün, 22:16

Belarusun 272 sakini olan Dolbizno kəndinin "Niva" klubu yüksək liqaya vəsiqə qazandı

Voleybol
Bu gün, 22:02

Qaspari

Futbol
Bu gün, 22:00

La Liqa prezidenti Real və Barselona hakimlərə təzyiq göstərdiyini bildirib

Futbol
Bu gün, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Futbol
Bu gün, 21:47

İraola "Brüssel"in son 11 oyunda 10 qələbə, 1 heç-heçə etdiyini bildirib

Futbol
Bu gün, 21:40

PSJ, "Napoli" və "Atletiko" "Fənərbaxça"nın vingeri Meyson Qrinvudu 75 milyon avroya istəyir

Futbol
Bu gün, 21:20

Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı

Futbol
Bu gün, 21:19

2028-ci ildə ABŞ-də Amerika Futbol Kuboku keçiriləcək

Futbol
Bu gün, 21:04

Napoli Məşqçisi Alleqri, Manchester City-ni Çempionlar Liqasının Favoritləri Sayır

Futbol
Bu gün, 21:00

Barnet futbolçusunun zorakılıq ittihamları ilə həbs edilməsi

Digər
Bu gün, 21:00

Volqoqrad məhkəməsi İsinbayevanın xeyriyyə fondunu maliyyə hesabatlarının təqdim edilməməsinə görə ləğv edib

Futbol
Bu gün, 21:00

İmişlinin mərkəzi stadionunun çökək vəziyyəti ŞOK!

Oxşar xəbərlər