Rusiyalı keçmiş futbolçu Andrey Arşavin Azərbaycana gəlib. Sport24.az xəbər verir ki, o, Çempionlar Liqasının V turunun "Sabah" – "Barselona" oyununu izləmək üçün Bakıdadır.
Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya saat 21:45-də start veriləcək.
"Sabah" 4 turdan sonra 3 xalla 31-ci sıradadır. "Barselona" isə 9 xalla 5-cidir.