top
Maks Ferstapen Canpyero Lambiazeni izləyərək McLarenə keçə bilər: Şok ayrılıq ehtimalı Idman.biz
13 aprel 2026, 02:10
- ↺ +

Maks Ferstapen Canpyero Lambiazeni izləyərək "McLaren"ə keçə bilər: Şok ayrılıq ehtimalı

"Red Bull"un aparıcı mühəndisi Canpyero Lambiazenin komandadan ayrılaraq "McLaren"ə keçəcəyinin rəsmiləşməsindən sonra Maks Ferstapenin də eyni addımı ata biləcəyi iddia edilir.

İdman.Biz xəbər verir ki, sabiq "Formula-1" pilotu Ralf Şumaxer "Sky Sports Germany" kanalına müsahibəsində Ferstapen üçün iki mümkün ssenari cızıb. O, niderlandlı sürücünün ya idmandan tamamilə gedəcəyini, ya da mühəndisinin ardınca "McLaren"ə üz tutacağını bildirib.

Şumaxerin sözlərinə görə, bu keçid baş tutarsa, tərəflər arasında pilot mübadiləsi yaşana bilər:

"Bu, o demək ola bilər ki, Maks artıq komandaya inanmadığı üçün "Red Bull"u tərk edir. O, "Formula-1"in darıxdırıcı olduğunu vurğulamaqdan yorulmur. Digər ehtimal isə onun öz mühəndisi ilə birlikdə "McLaren"ə getməsidir. Bu halda Oskar Piastrinin "Red Bull"a keçməsi ilə bağlı danışıqların aparılması qaçılmazdır".

Maraqlıdır ki, Şumaxer bu ehtimallar arasında adı həmişə Ferstapenlə hallanan "Mercedes"i qeyd etməyib.

Ferstapenin "Red Bull"la 2028-ci ilə qədər müqaviləsi olsa da, sənəddə xüsusi bənd var. Əgər pilot yay fasiləsinə qədər çempionatda ilk iki yerdə qərarlaşmasa, komandadan ayrıla bilər. Hazırda üç mərhələdən sonra cəmi 12 xalla doqquzuncu yerdə olan Maks üçün bu ssenari olduqca real görünür.

Xatırladaq ki, 28 yaşlı pilot yeni reqlamentdən narazıdır və 2026-cı il bolidlərini "steroid qəbul etmiş Formula E" maşınlarına bənzədib. O, Yaponiya Qran-prisindəki uğursuzluqdan sonra ailəsi ilə daha çox vaxt keçirmək üçün karyerasını bitirməyi düşündüyünü də gizlətməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Oxşar xəbərlər