Yanvarın 22-də Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" komandaları üçün "Mersedes"in 2026-cı il mövsümü üçün hazırladığı qalmaqallı mühərriklərlə bağlı növbəti iclas təşkil edəcək.
İdman.Biz xəbər verir ki, "Corriere dello Sport" nəşrinin məlumatına görə, müzakirələrin əsas mövzusu güc qurğularında tətbiq olunan sıxılma dərəcəsi olacaq.
Bildirilir ki, "Ferrari", "Honda" və "Audi" bu məsələ ilə bağlı FIA-ya təzyiq göstərməkdə davam edir.
"Red Bull" neytral mövqe tutsa da, alman istehsalçının texnologiyasını tam şəkildə təkrarlaya bilmədiyi üçün çətinliklərlə üzləşib.
İclasın məqsədi münaqişəni həll etməkdir və qeyd olunur ki, adıçəkilən istehsalçılar mövsümün gedişində bu mühərrikin mümkün qədər tez qadağan edilməsini tələb edirlər.