"İnşallah, Qubada oynayandan sonra oradakı ab-hava barədə danışarıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Bahadur Həziyev deyib.
"Neftçi"nin yetirməsi ümid edir ki, "Səbail" Qubaya köçəndən sonra nəticələr daha yaxşı ola bilər.
I Liqada mübarizə aparan klubun forvardının fikrincə, burada önəmli olan tərəfdar amilidir:
"Azarkeşlər sağ olsunlar, hər oyunda yanımızda olub dəstək verirlər. Son oyunlarımıza da çox sayda azarkeş gəlir.
Özlərini 12-ci oyunçu kimi yanımızda hiss etdirirlər. Gəlin, hələ ki, gözləyək".