top
Arif Əsədov: U-15 Dünya Çempionatı zamanı Azərbaycan milli yığmasında gələcək ulduz futbolçular var Report.az
Today, 17:08
- ↺ +

Arif Əsədov: U-15 Dünya Çempionatı zamanı Azərbaycan milli yığmasında gələcək ulduz futbolçular var

Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Arif Əsədov Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan artıq neçənci dəfədir ki, belə mötəbər yarışlara ev sahibliyi edir. Qısa müddətdə müvafiq infrastrukturun tikilib istifadəyə verilməsi böyük uğurdur. Buna görə AFFA-ya və müvafiq qurumlara təşəkkürümüzü bildiririk. Dünya çempionatı futbolda ən mötəbər yarışdır. Belə bir turnirin ölkəmizdə keçirilməsi, eləcə də hər bir futbolçunun burada iştirak etməsi böyük uğurdur", - deyə o bildirib.

Azərbaycan millisinin sabiq məşqçisi yığmada yer alan yeniyetmə oyunçuların gələcəkdə güclü futbolçu kimi yetişəcəklərinə inandığını bildirib:

"Düşünürəm ki, onların arasında gələcəkdə Azərbaycan futbolunda uğur qazanacaq, əsas milli komanda səviyyəsinə yüksələcək futbolçular var. Bu, onların ilk beynəlxalq yarışıdır. Hər birinə uğurlar arzulayırıq və ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik".

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 17:49

İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman nazirlərinin iclasında iştirak edib

Others
Today, 17:42

Real returns to the Ballon d'Or ceremony after a two-year boycott

Others
Today, 17:39

Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək

Football
Today, 17:03

Shahdag Qusar midfielder Mahrab Bakhshalı: There is nothing ahead but the championship

Football
Today, 17:00

Sumgayit defeated Shafa: Oruc Mammadov emphasized that the results were unexpected

Others
Today, 16:40

Conte's move to Manchester United is in doubt

Others
Today, 16:40

UEFA to fine French club heavily

Others
Today, 16:31

Change at Mingəçevir: Paths parted with investors, head coach may also leave

Others
Today, 16:27

"Mançester Yunayted" Yulian Naqelsmannı baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir

Others
Today, 15:47

UEFA "Trabzonspor" klubunu cərimələyib

Others
Today, 15:47

First-time fliers, from street football to the World Cup: The emotional stories of the U-15 World Cup in Baku - İDMAN.BİZ SUMMARY

Others
Today, 15:40

Chelsea and Manchester United want to sign Como's Argentine

Football
Today, 15:23

Capello criticized Inter's passive performance in the first half against Shakhtar

Football
Today, 15:20

Palmeiras became the first finalist of the Copa Libertadores;

Football
Today, 15:11

Emil Balayev has returned to 'Neftchi' training sessions and is ready for the match

Others
Today, 14:39

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Others
Today, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Others
Today, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Others
Today, 13:47

Famil Xəlilov: "U-15 dünya çempionatının Bakıda keçirilməsi futbolçularımız üçün əlavə motivasiyadır"

Others
Today, 13:40

Alexander Plushenko turned to Azerbaijan after his "deal" with Belarus fell through

Football
Today, 13:05

"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: Komandanın Misli Premyer Liqada sonuncu yerdə olmasından narazıyıq, ümidimiz futbolçulardadır

Football
Today, 12:49

Feyenoord Avrokuboklarda 8‑cü ardıcıllıqda səfər məğlubiyyəti ilə antirekordunu yeniləyib

Others
Today, 12:40

Lionel Scaloni will remain in his post until 2030

Related news