FIFA U-15 dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsi milli üzvləri üçün əlavə motivasiyadır.
Bunu "Report"a müsahibəsində komandanın baş məşqçisi Famil Xəlilov deyib.
Mütəxəssis futbolçuların bunu əlavə güc kimi qəbul etməli olduqlarını söyləyib:
"Düşünürəm ki, bu, futbolçularımız üçün əlavə motivasiyadır. Doğma azarkeşlər önündə dünya çempionatında oynamaq böyük fürsətdir. İstəyirik ki, bu dəstəyi təzyiq deyil, əlavə güc kimi qəbul etsinlər".
F.Xəlilovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.